Əsas Səhifə > Şou-biznes > TÜRKİYƏ AYGÜNÜ BƏYƏNİR

TÜRKİYƏ AYGÜNÜ BƏYƏNİR


29-07-2013, 12:07
TÜRKİYƏ AYGÜNÜ BƏYƏNİR
Xalq artisti Aygün Kazımovanın ötən həftə "Amburan" istirahət mərkəzində verdiyi solo konsert Türkiyə mətbuatının da diqqət mərkəzində olub.

Axşam.az-ın məlumatına görə, qardaş ölkənin internet portalları, divanın konsertinin möhtəşəm keçdiyini qeyd edib.

Türkiyənin "geceturk.com" saytı xalq artistinin ifası ilə yanaşı geyimi də çox bəyənilib:
“Azərbaycanın super starı, Türkiyədə bir çox layihələrə imza atan, Snup Doqla duet oxuyan diva bu dəfə də Murat Yetər orkestrı ilə birlikdə Bakıda ən dəbdəbəli yerdə konsert verib. Min insanın yerləşdiyi məkanı dolduran Aygün Kazımova bir çox türk mahnısı da oxuyub. Onlardan biri də İbrahim Tatlısəsin “Kim çəkər səni” bəstəsi olub.
Super star Bakıda verdiyi konsertdə modelyer Ramazo Romanın “kəpənək” kolleksiyasından libas geyinərək, möhtəşəm görünüşü ilə bütün diqqətləri üzərində toplayıb” - deyə yazıda qeyd edilib.

Geri qayıt