Əsas Səhifə > Güney Press, Araşdırma > BAKIDA GECƏLƏYƏN ERMƏNİ GƏNC NƏLƏRİ DANIŞDI?

BAKIDA GECƏLƏYƏN ERMƏNİ GƏNC NƏLƏRİ DANIŞDI?


29-07-2013, 12:23
BAKIDA GECƏLƏYƏN ERMƏNİ GƏNC NƏLƏRİ DANIŞDI?
"MƏNƏ YEMƏK VERDİLƏR"

Ermənistan vətəndaşı, 22 yaşlı Asatur Xaçatryan iyulun 22-də Yerevandan Kiyevə uçurmuş. Lakin sənədləri qaydasında olmadığından geri qaytarılıb. Kiyevli sərhədçilər səhvən onu Bakıya uçan təyyarəyə yerləşdiriblər.

A.Xaçatryan geri döndükdən sonra öz macəraları haqda Ermənistan KİV-ə danışıb. O deyib ki, təyyarə enəndə Azərbaycana gəldiyini bilmirdi. Sonradan təəccüblənib və rus dilində harada olduğunu soruşub. Ona bildiriblər ki, Azərbaycandadır.

“Orada mənim erməni olduğunu bilmədilər. Sonra Kiyevdən telefon edib bu yalnışlıq barədə məlumat verildi. Ürəyimdə qorxsam da, mənə normal münasibət göstərdilər, yemək verdilər, kömək etdilər, hə şey normal idi. Orada bir nəfər vardı, mənə dedi ki, evə qayıtmağıma yardım göstərə bilər və mənə kömək etdi. Mən hamıya minnətdaram. Bütün günü orada qaldım. Elə gömrükdə gecələdim, mənə hər şey verdilər: yataq ləvazimatı, yemək. Lakin bu, çox uzun gecə oldu. Şükür allaha yenidən Kiyevdəyəm, qardaşımla oturub kofe içirik, hər şey qaydasındadır”, - o bildirib.

Geri qayıt