Əsas Səhifə > Şou-biznes > REPERİN QISQANCLIĞI
REPERİN QISQANCLIĞI29-12-2011, 12:28 |
HÜSEYN DƏRYA KEÇMİŞ HƏYAT YOLDAŞINI SƏHNƏYƏ BURAXMAYACAQ Populyar repçi Hüseyn Dərya keçmiş həyat yoldaşı Sona Muradovanın müğənnilik etməsinin əleyhinədir. Məlumata görə, o, bunu yerli telekanallardan birinə bildirib. Ailədə bir nəfərin oxumalı olduğunu düşünən repçi deyib: "O, müğənnilik etmək arzusunda olduğunu mənə bir neçə dəfə deyib. Amma onun səhnəyə çıxmasına imkan verməyəcəyəm. Mənim icazəm olmadan bir neçə dəfə efirə çıxıb. Bilsəydim, qarşısını alardım. Bilirəm ki, bunu qəsdən, mənim acığıma edir. Ayrılsaq da, övladımın anasıdır. Odur ki, evdə oturaraq oğlumuzun tərbiyəsilə məşğul olmasını istəyirəm. Onlara bacardığım qədər kömək edəcəyəm. Bilirəm ki, o, heç vaxt məni unuda bilməyəcək". Qeyd edək ki, H.Dərya klip çəkilişi zamanı tanış olduğu fanatı ilə evlənmişdi. Geri qayıt |