Əsas Səhifə > Şou-biznes > "RÖYA OLMAQ" İSTƏYİ MÜĞƏNNİYƏ BAHA BAŞA GƏLDİ

"RÖYA OLMAQ" İSTƏYİ MÜĞƏNNİYƏ BAHA BAŞA GƏLDİ


29-12-2011, 12:31
"RÖYA OLMAQ" İSTƏYİ MÜĞƏNNİYƏ BAHA BAŞA GƏLDİ

“BİZ DƏ ONU BU CÜR CƏZALANDIRDIQ"

Ötən gecə müğənni Günay İbrahimlinin Facebook səhifəsi oğurlandı.

Bunu edən şəxs səhifədən müğənniyə açıq-aşkar təhdid dolu fikirlər yazıb. Milli.Az-ın əməkdaşının suallarını həmin səhifədən cavablandıran naməlum tərəf səhifəni ələ keçirməsinin səbəbini belə izah edib:

"Özündən razı müsahibələr verdiyi, pislik, haqsızlıq elədiyi üçün profilini oğurladıq. Onun son qalmaqalı oldu, o səbəbdən biz də onu bu cür cəzalandırdıq".

Ondan iddiasını konkretləşdirməyini istədik.

"Son açıqlamasını oxuduq. Röya olmaq istəyi ilə bağlı müsahibə verib, eyni zamanda mətbuat katibi ilə dava məsələsində dediyi sözü boynuna almayıb, bu səbəbdən də profili silinir. Ondan asılı olan hansısa insanın pulunu verib, təpəsinə qalxmasın! Şou-biznesdə qayda-qanun yoxdursa, bizim aramızda var. Röya olması üçün Günay gərək ən azı 10 il oxusun ki, onun qədər tanınsın", - deyə naməlum şəxs bildirdi.

Qeyd edək ki, artıq Günayın profildəki fotosu da silinib, əvəzinə başqa bir xanımın fotosu yerləşdirilib.


Geri qayıt