Əsas Səhifə > Sosial > HAMIMIZ ÜÇÜN UTANCVERİCİ FAKT
HAMIMIZ ÜÇÜN UTANCVERİCİ FAKT26-09-2011, 18:59 |
AZƏRBAYCAN ORDUSUNUN ƏSGƏRİ ÇÜRÜYÜR “Əməliyyata 1875 manat pul ödədik. Həmin hüceyrələrdən nümunələr götürüb onkoloji laboratoriyaya göndərdilər. Cavab gəldi ki, uşağın xəstəliyi xərçəng deyil, müalicə olunan xəstəlikdir. Türk həkim rəy verdi ki, Eldarın müalicəsi Türkiyədə Gülhanə Hospitalındadır” Azərbaycan ordusunun əsgəri Eldar Novruzov çürüyür. Buna səbəb onun burnunda aparılan cərrahiyə əməliyyatıdır. Əsgərin atası Qədir Novruzov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, oğlu Eldar Novruzov 1992-ci ildə Sumqayıt şəhərində anadan olub. Ötən ilin aprelində övladını vətən borcunu ödəmək üçün 1 il 6 aylıq hərbi xidmətə yola salıb: “Hərbi xidmətini Mingəçevirdə yerləşən “N” saylı hərbi hissədə çəkən Eldar manqa komandiri vəzifəsinə qədər yüksəlir. Bu ilin may ayında isə qəfildən çavuşun səhhətində problemlər yaranır. Tənəffüs sistemindəki problemi aradan qaldırmaq üçün iyunun 29-da Bakıya Hərbi Hospitala yola salınır. Hospitalda olan müddətdə bütün dava-dərmanı öz pulumuza aldırıblar. Sonra oğlumun burnunda uğursuz əməliyyat aparıblar. Ona nəfəs yolunun tutulması diaqnozu qoyuldu. Oğlum əməliyyat olundu və bu çox uğursuz alındı. Əməliyyatdan sonra əsgərin sifəti şişməyə başladı. Şiş çəkilmədiyinə görə, elə hospitalın həkimləri onu Mərkəzi Klinik Xəstəxanaya aparmağı məsləhət gördülər. Həmin klinikada oğlum Türkiyədən gələn cərrah tərəfindən əməliyyat olunur. Əməliyyata 1875 manat pul ödədik. Həmin hüceyrələrdən nümunələr götürüb onkoloji laboratoriyaya göndərdilər. Cavab gəldi ki, uşağın xəstəliyi xərçəng deyil, müalicə olunan xəstəlikdir. Türk həkim rəy verdi ki, Eldarın müalicəsi Türkiyədə Gülhanə Hospitalındadır. O vaxtdan ölkə başçısına, Mehriban Əliyevaya, Mili Məclis, Müdafiə Nazirliyinə məktublar ünvanlasaq da cavab verən olmayıb. Hospital rəisi deyir ki, heç kimdən qorxmuruq. Hazırda oğlum əmri verilsə, də evə buraxılmır. Uşaq nə vaxt öləcək o vaxt qaytaracaqlar? Oğlumun ağzı yaradır, damağı çürüyür, göz almacığı, burun çürüyür. Tərxis edə bilmirlər”. Əsgərin atası oğlunun vəziyyətini əks etdirən fotoları da təqdim edib. Həmin fotolara baxıb vəziyyətin nə qədər ciddi olduğunu görə bilərsiniz. Məsələ ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev “Qafqazinfo”ya açıqlama verib: “Əsgər Mərkəzi Hosbitalda konservativ müalicə alır. Onun Gülhanəyə göndərilməsi üçün sənədlər hazırlanıb. Müdafiə naziri buna icazə verib. Türkiyəyə göndəriləcək həmin sənədlərə müsbət cavab veriləndən sonra xəstə dərhal Gülhanəyə göndəriləcək” . Geri qayıt |