Əsas Səhifə > Siyasət, Manşet > ŞOK: İCRA BAŞÇISI ERMƏNİ İLƏ ŞƏRİKDİR
ŞOK: İCRA BAŞÇISI ERMƏNİ İLƏ ŞƏRİKDİR29-12-2011, 12:50 |
VİLYAM HACIYEVİN ALMANİYADAKI BİZNESİNƏ ERMƏNİ DOSTU RƏHBƏRLİK EDİR DİA.AZ: - Samuxun icra başçısı Vilyam Hacıyevlə bağlı ilginc məlumatları davamlı olaraq diqqətinizə çatdırmışıq. Hər halda, çox maraqlı bir personajdır. Doğrudur, fəaliyyəti boyunca hər kəsi heyrətləndirən Vilyam müəllimin gələn ilin fevral ayına qədər görəv başında qalacağı bildirilsə də, belə bir məmurun normalda bir gün də vəzifədə saxlanılmasının doğru olmadığı hər kəsə bəlli olan bir məsələdir. Çünki 2008-ci ilin mart ayında Vilyam Hacıyev Samuxa səfər edən prezident İlham Əliyevə rayonda «Mosu kişinin çayxanası» kimi tanınan obyektin təzəcə təmirdən çıxmasından sui-istifadə edərək, oranı yeni inşa olunmuş «Şahmat Klubu» kimi təqdim edərək prezidentə lentini kəsdirib. Yəni elə bu olay yetərlidir ki, Vilyam Hacıyevi görəvdən alsınlar. Amma onu himayə edənlərin qüdrəti həm icra başçısını postunda saxlamağa və həm də dövlətə aid nörə nişanı ilə şəxsi avtomobilini sürməyə yetərli olduğundan, hələlik kimsə Vilyam Hacıyevə «gözün üstündə qaşın var» demir. «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) icra başçısı ilə bağlı daxil olan son məlumatlarda isə bildirilir ki, adı kifayət qədər kriminal olaylarda hallandırılan Vilyam Hacıyev həm də böyük kapital sahibidr. Samuxdakı mənbələrin sözünə görə, icra başçısının Moskvada «Kuzminka» deyilən ərazidə böyük otel kompleksi var. Bundan əlavə, Vilyam Hacıyev Rusiya paytaxtında daha bir neçə obyektə də malikdir. Mənbəyə görə, Rusiya ilə yanaşı, Almaniyanın Köln şəhərində də imkanları geniş olan icra başçısı orada Azərbaycandan getmiş bir erməni ilə ortaq şəkildə retoran da işlədir. Bu barədə mənbəni söylədikləri: «Həmin erməni ortağı ilə Vilyam Hacıyevin dostluq əlaqələri var. Hətta ermənilərin Qarabağdakı vəhşilikləri belə bu dostluğa kölgə sala bilmədi. İndi Vilyam Hacıyevin Samuxdan qazandığı pulların böyük hissəsi Almaniyadakı erməni şəriki ilə ortaq qaydada işlətdiyi restorana yatırdılır». Bildirək ki, icra başçısı ilə bağlı redaksiyamızı bilgiləndirən mənbə həmin obyektin videogörüntülərini də çatdıracağını bildirib. Və yaxın günlərdə həmin faktları da diqqətinizə çtdıracağıq. Bizi izləyin… Dövlətə aid nömrə nişanı şəxsi maşınını bəzəyir: Geri qayıt |