Əsas Səhifə > Sosial, Manşet > “BİNƏ”DƏKİ SAHİBKARLARIN QARA GÜNLƏRİ GƏLİR

“BİNƏ”DƏKİ SAHİBKARLARIN QARA GÜNLƏRİ GƏLİR


30-07-2013, 12:03
“BİNƏ”DƏKİ SAHİBKARLARIN QARA GÜNLƏRİ GƏLİR
KƏBİRƏ MƏMMƏDOVA PLANA DÜŞƏN ƏRAZİNİ NECƏ OLUB Kİ, SATA BİLİB?

DİA.AZ: - "Binə"ticarət mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın başı yenə dərddədir. DİA.AZ bildirir ki, mötəbər mənbənin məlumatına görə, Xocasənə gedən ikinci dairəvi yol "Binə" ticarət mərkəzinin içindən keçəcək.

Mənbə bildirir ki, yolun tikintisi ilə bağlı plan təsdiqlənib və bir neçə gündən sonra işə başlanılacaq. Məsələ burasındadır ki, Kəbirə Məmmədova ticarət mərkəzinin birinci dörd sırasının yerləşdiyi ərazinin ikinci dairəvi yolun tikintisinə aid olduğunu əvvəlcədən bilsə də, həmin ərazini zəbt edib və küllü miqdarda vəsaitə sahibkarlara satıb.

Mənbə bildirdiyinə görə, Kəbirə Məmmədova birinci dörd sıra söküləcəyi təqdirdə sahibkarların pulunu qaytarmayacaq. Xatırladaq ki, bir müddət əvvəl "Olaylar" qəzeti ikinci dairəvi yolun tikintisinin məhz bu əraziyə düşəcəyini qeyd etmişdi.

Geri qayıt