Əsas Səhifə > Gündəm, Manşet > QƏZƏBLİ SAKİNLƏR PREZİDENT APARATINA YÜRÜDÜ
QƏZƏBLİ SAKİNLƏR PREZİDENT APARATINA YÜRÜDÜ27-09-2011, 11:44 |
AZƏRBAYCAN DÖVLƏTİ MƏHKƏMƏYƏ VERİLİR DİA.AZ: - Neçə müddətdir ki, «GEN» MMC tərəfindən aldadılmış, fırıldaq yolu ilə pulları mənimsənilmiş sainlər öz haqqlarının tələbi ilə müxtəlif ünvanlara müraciət etməkdədirlər. Hətta onlar bir çox dövlət qurumlarında rəhbər şəxslər tərəfindən də qəbul ediliblər. Amma buna baxmayaraq hələ də problemləri çözülməmiş qalır. Və belə gedərsə, çözülməyəcək də. Çünki sonuncu dəfə Bakı şəhər İcra Hakimiyyətində sayları 1150 ailədən ibarət olan aldadılmışlara bildirilib ki, «GEN» MMC tərəfindən Yasamal rayonu ərazisində inşa olunan 14 mərtəbəli bina, sən demə, QANUNSUZ imiş. Yəni adi bir it damının tikintisinin qarşısını operativ qaydada alan icra orqanlarının işçiləri, sanki 14 mərtəbəli binanın inşasından xəbərsiz imişlər. Bu isə o deməkdir ki, 1150 ailənin pulu batacaq. Doğrudur, artıq bu işlə əlaqədar 6 nəfər həbs olunub. Amma bu da aldadılmış vətəndaşların problemlərinin həlli anlamını daşımır. Yəni bu şəraitdə belə onlara kimsə pullarının geri qaytaralıcağı barədə zəmanət vermir. Elə buna görə də «GEN» MMC qurbanları davamlı olaraq aksiya keçirməkdədirlər. Bu gün səhər saatlarında Prezident Administrasiyasına yürüş edən təxminən 150-yə yaxın aldadılmış vətəndaş PA-nın bnasına yaxın belə düşə bilmədi. Qabaqcadan aksiyadan xəbərdar olan polis əməkdaşları aldadılmış vətəndaşları zor gücünə «Filarmoniya» bağına qədər sıxışdıra bildilər. Hadisə yerində olan «Dünya» İnformasiya Agentliyinin (dia-az.life) əməkdaşının məlumatına görə, narazı sakinlər polislə təxminən 20 dəqiqəlik çəkişmənin ardından bu dəfə yaxınlıqda yerləşən Bakı Şəhər İcra Hakimiyyətinin binasına doğru yürüş etdilər. Lakin orada da onları polislər qarşılayaraq, sakinləri Dövlət İqtisad universitetinin aşağı hissəsinə qədər uzaqlaşdırdılar. Əməkdaşımızla söhbətində sakinlər bildirdilər ki, onları bu hakimiyyət futbol topuna döndərib: «Biri o qapıya atır, o biri də bu qapıya. futbol topuna dönmüşük. Kimsə bu problemin həlli ilə bağlı söz verib. Günah Bakı Şəhər İcra Hakimiyyətində olsa da, Hacıbala Abutalıbov deyir ki, bina qanunsuz olub. Necə olur ki, 14 mərtəbəli bina tikilsin, meriyanın ondan xəbəri olmasın?» Sakinlər bildirir ki, həmin binanın tamamlanması üçün 2 mərtəbəsi qalıb: «Binada 317 mənzilin olmasına baxmayaraq, 317 evə 970 müqavilə var. Üumilikdə isə 1150 müqavilə var. Yəni qalanları qeyri-yaşayış sahələrinə olan müqavilələrdir. Bir evə 13 müqavilə, elə ev də var ki, 20 müqaviləsi var». Narazı sakinlər onu da bildirdilər ki, əgər bu hakimiyyət onların fırıldaq yolu ilə əllərindən alınmış pullarını geri qaytarmasa, nəhayətdə Avropa ölkələrinin səfirliklərindən kömək istəyəcəklər: «Lazım gəlsə, Azərbaycan dövlətini Avropa məhkəməsinə də verəcəyik». Geri qayıt |