Əsas Səhifə > Partiya > ""ƏRƏB BAHARI" XRİSTİAN SSENARİSİDİR"
""ƏRƏB BAHARI" XRİSTİAN SSENARİSİDİR"1-08-2013, 09:40 |
"QƏRBƏ DEMOKRATİYA LAZIM DEYİL" “Misirdə baş verən son qarşıdurmalar, yüzlərlə günahsız insanın qətli bir daha göstərdi ki, “ərəb baharı” qərbin “xristian dünyası”nı genişləndirmək üçün həyata keçirdiyi ssenaridir və bundan ziyan çəkən sadə müsəlmanlardır”. Bu sözləri Editor.az-a açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli söyləyib. Onun sözlərinə görə, qərb üçün demokratiya yox, öz şəxsi maraqlarını həyata keçirmək öndə durur: “İndiyə qədər heç bir dövlət inqilablardan xeyir görməyib. Bu səbəbdən cəmiyyətlərin inkişafı inqilablardan deyil, təkamüldən keçir. Təəssüf ki, dünyaya demokratiya yaydığını bəyan edən, insan hüquqlarını qorumaq adı altında ölkələrin daxili işlərinə qarışan dünya gücləri özlərinə lazım olanda insanları üz-üzə qoyur, onları vətəndaş müharibəsinə təhrik edirlər. Bu gün elə ölkələr var ki, orada insan hüquqları anlayışı ümumiyyətlə yoxdur. Sadəcə Amerika ilə müttəfiqdirlər deyə, onlara “gözün üstə qaşın var” deyən yoxdur”. Bəzi beynəlxalq təşkilatların Azərbaycanda da sabitliyi pozmağa çalışdığını deyən həmsöhbətimiz Azərbaycan cəmiyyətini ayıq olmağa, onları təxribatçı dairələrin məkrli ssenarilərinə uymamağa çağırdı. Geri qayıt |