Əsas Səhifə > Güney Press, Üçüncü sektor > FHN-NİN TİKDİYİ EVLƏR PULLA SATILIR
FHN-NİN TİKDİYİ EVLƏR PULLA SATILIR1-08-2013, 09:54 |
Bir neçə il bundan əvvəl Kür çayının daşması nəticəsində meydana gəlmiş sel fəlakətinin fəsadları hələ də tam aradan qaldırılmayıb. JAM.AZ xəbər verir ki, Sabirabad rayonunda bununla bağlı vəziyyət daha ağırdır. Belə ki, rayon sakinlərinin bir çoxuna ev tikilməsi və ya evinin təmir olunması nəzərdə tutulsa da, onlar reallaşdırılmayıb. Sakinlərin verdiyi məlumata görə, hazırda durum daha kritikdir. Çünki seldən əziyyət çəkənlərə yeni evlərin tikilməsi əsl alver predmetinə çevrilib. Məlumatda deyilir ki, Sabirabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənova həvalə edilmiş iş pul qarşılığında həllini tapa bilir. Qeyd olunur ki, FHN-in inşa etməli olduğu evlərin siyahısını tərtib edən Həsənov bu istəkdə olan şəxslərdən pul tələb edir. Məlumatlara görə, icra başçısının birinci müavini hər ev üçün 3000 manat «şirinlik» tələb edir. Həmin məbləği verənlər qısa müddətdə mənzillə təmin edilsələr də, etiraz edənlərin adları siyahıdan çıxarılır və ya onların adı ən sonuncular sırasına daxil edilir ki, bu da zərər çəkənlərin daha bir neçə il gözləməsi anlamına gəlir deməkdir. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |