Əsas Səhifə > Şou-biznes > RƏQSANƏDƏN SÜRPRİZ VƏDİ

RƏQSANƏDƏN SÜRPRİZ VƏDİ


1-08-2013, 10:57
RƏQSANƏDƏN SÜRPRİZ VƏDİ
MÜĞƏNNİ TOLİKLƏ İŞBİRLİYİNDƏN DANIŞDI

Ramazan ayında hər gün oruc tutub, duasını edən müğənni Rəqsanə İsmayılova müsəlman borcunu bayrama kimi davam etdirəcək.
AZADİNFORMA açıqlama verən müğənninin sözlərinə görə, hazırda Moskvada olan sənətçi sentyabrda yeniliklər edəcək. Bu səbəbdən o, avqustun 3-də Bakıda olacaq. Təşkilatçı Nahid Emiloğlunun sentyabrın 10,11 tarixlərində Yaşıl Teatrda təşkil edəcəyi solo konsertə hazırlaşan sənətçi səhnədə tək oxumağı ilə deyil, təqdimatları ilə də yadda qalacaq. “Ramazan ayı başa çatandan sonra Bakıdan İstanbula qayıdacam. Orada konsertin məşqləri başlayacaq. Hazırda isə çəkiləcək klipin geyimləri tikilir. İki klip çəkiləcək. Heyətlə sözləşməmiz olub. Qərara gəldik ki, klipin biri konsertimdə yeni albomumla birlikdə təqdim olunsun. Başqa sürprizlər də gözlənilir. Digər klipin yayımı sentyabrın sonuna nəzərdə tutulub. Klipin rejissoru Murat Küçükdür”, - deyən Rəqsanə Bakıda nəzərdə tutulan yaradıcılıq planlarının həllində prodüser Tolikin yanında olacağını diqqətə çatdırıb.
Qeyd edək ki, sənətçi qızı Aysunun moda nümayişinin konsertin sonrakı günlərində baş tutacağını söyləyib. Təşkilatı işlərdə Tolik Rəqsanəyə yardımçı olacaq.

Geri qayıt