Əsas Səhifə > Güney Press, Araşdırma > XOCAVƏNDLİ XƏSTƏLƏR İMDAD DİLƏYİR
XOCAVƏNDLİ XƏSTƏLƏR İMDAD DİLƏYİR1-08-2013, 11:21 |
Azərbaycanda səhiyyənin bərbad halda olmasını təsdiqləmək və sübut etməyə gərək yoxdur. Bunu görmək üçün İranla sərhəddəki gömrük keçid məntəqələrimizdəki vəziyyətə diqqət yetirmək kifayətdir. Bakıdakı həkimlərə belə güvənməyən və onların savadsızlıqlarından əziyyət çəkən vətəndaşların qonşu ölkəyə üz tutması rayonlarda durumun daha da ağır olması deməkdir. Qeyd edək ki, ölkədə qaçqın rayonlarından biri sayılan Xocavənd rayonunun sakinləri də səhhətləri ilə bağlı hara üz tutacaqlarını bilmirlər. TİA.AZ-a verilən məlumata görə, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ruhəngiz Bəşirovanın həyata keçirdiyi «islahatlar» insanları başqa rayonların xəstəxanalarına və İrana üz tutmağa məcbur edib. Elə buna görədir ki, xocavəndlilərin hər hansı birindən müalicə olunduqları yerlərlə bağlı soruşduqda ya Bakını, ya ətraf rayonları, ya da İranı göstərirlər. Gələn məlumatlara görə, «Tərəqqi» medalına layiq görülmüş Ruhəngiz Bəşirova Mərkəzi Xəstəxananı bazara çevirib. Belə ki, Xocavənd xəstəxanasında müalicə almaq istəyən şəxslər bunun üçün dəridən-qabıqdan çıxmalıdırlar. Daha doğrusu, o qədər pul xərcləməlidirlər ki, bəlkə nəticə hasil ola. Amma buna da təminat yoxdur ki, həkimlərin savadları onların tam sağalmasına imkan versin. Rayon sakinləri bildirirlər ki, R.Bəşirovanın pula olan həvəsi və həkimlərə «tas» qoyması onları soyğunçuluğa məcbur edir. Onun özünə də bununla bağlı irad bildirdikdə deyir ki, icar başçısının tapşırıqlarını yerinə yetirmək üçün pul yığır. Eyni zamanda, Xocavənd Mərkəzi Xəstəxanasında təmir işləri və tenderlər də əsl yeyinti yerləridir. Belə ki, R.Bəşirova dövlət büdcəsindən ayrılmış pulların hamısını özünün şəxsi pulu kimi xərcləyir. Bundan başqa, dərman pereparatları və tibbi avadanlıqların alınması üçün ayrılmış pulların da sahibi özüdür. Xəstələrə verilməli olan pulsuz yeməklər üçün qida məhsullarının da aqibəti məlum deyil. Deyilənlərə görə, «Tərəqqi» medalı almış xanım Bəşirova onları bazarlarda satdırıb, özü üçün pula çevirib. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |