Əsas Səhifə > Güney Press, Araşdırma > NADİR QƏHRƏMANOV BELƏ TALAN EDİR
NADİR QƏHRƏMANOV BELƏ TALAN EDİR1-08-2013, 11:23 |
Sumqayıt Dövlət Universiteti ilə bağlı olduqca ilginc məlumatlar ortaya çıxmaqdadır. Adı rüşvət və korrupsiya qalmaqalında hallanan dövlət təhsil müəssisəsinin rəhbəri Nadir Qəhrəmanov isə bu məlumatlara nə reaksiya verir, nə də narahat deyil. Aydın məsələdir ki, arxası möhkəm bağlı olduğundan bu qədər əmin şəkildə işlərinəi davam edir. TİA.AZ-ın apardığı araşdırma nəticəsində üzə çıxan bəzi məlumatlarda vurğulanır ki, rektor Nadir Qəhrəmanovun öz prorektoru ilə uzun müddət mebel biznesi olub. Belə ki, SDU-nun təsərrüfat işləri üzrə prorektoru Şirin Cəfərov 2012-ci ilin altı ayını Çində keçirib. Araşdırmalar zamanı məlum olub ki, Cəfərov həmin vaxt Çindən Bakıya ancaq mebel göndərib. Amma buna baxmayaraq, SDU rəhbərliyi hər ay üçün 390 manat əmək haqqı, 300 manat maddi yardım alıb. Ştat cədvəlində isə ona müxtəlif vergilər çıxılmaqla 550 manat 40 qəpik maaş yazılıb. Əslində, SDU-da maraqlı hadisələr də baş verir. Məsələn, rektorun “yarımştat köməkçisi” Ağaliyeva Nellinin rektora hansı məsələlər üzrə kömək göstərməsi SDU-nun əməkdaşlarına hələ də qaranlıqdır. SDU-nun əməkdaşlarının rektorun katibəsi kimi tanıdıqları Ağaliyeva Nelliyə rektor müxtəlif yollarla köməklik göstərir. Qanunsuz yollarla SDU-nun İqtisadiyyat fakültəsini qəbul olunan Nelli bu fakültəni bitirdikdən sonra rektorun köməyi ilə, Türkiyyə Özəl Universitetlərindən birinə qəbul olunur. Hal-hazırda Türkiyyədə təhsil alan katibə SDU-da 0,5 ştat rektor köməkçisi kimi 87,40 qəpik əməkhaqqı alır. Rektorun 2-ci köməkçisi Namiq Abbasov ümumiyyətlə SDU-da tapılmır. Rektorun əmlaklarının bir çoxu onun adınadır. SDU-da olmamasına baxmayaraq, hər ay 243 manat rektorun məsləhətçisi kimi maddi yardım, 140.34 əməkhaqqı alır. Özü isə rektorun obyektlərinə nəzarət edir. Rektor öz oğlu kimi ona çox inanır və etibar edir. Bu azmış kimi, iqtisadiyyat fakültəsinin müəllimi kimi 0,5 ştat 200 manat əməkhaqqı alır. Bir dəfə də olsun nə dərs deyib, nə də ki, iqtisadiyyat fənnindən xəbəri var. Tələbələr də onu tanımır. Bir başqa məlumatı da diqqətinizə çatdıraq. Xəlilov Sadiq Tədris şöbəsinin müdiri işləyir. Bu qanunsuzluqlar birbaşa onun əli ilə həyata keçirilir, hər ay 300 manat yardım alır. SDU-da satılan saxta diplomların hamısı bu şəxsin əli ilə həyata keçirilir. Saat hesabı kimi əməkhaqqı alan ölü canların kredit kartları Sadiq Xəlilovun əlindədir. Bütün çirkin pullara o rəhbərlik edir. Onun əlindən SDU-nun dekanları zara gəliblər. İddialara görə, təkcə 2006-cı ildə “ölü canların” saathesabı və yardımlarından rektorun əldə etdiyi gəlir 1640000 (bir milyon altı yüzqırx min manat) təşkil edir. 2009-cu ildə isə SDU-da 1300000 manat vergidənyayınma və qanunsuz mənimsəmə faktları aşkar olunmuşdu. Lakin bu konkret faktların aşkarlanmasına baxmayaraq, qanunsuzluqlar davam edir. Xatırladaq ki, bir müddət əvvəl SDU Tərbiyə İşləri üzrə prorektoru, biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Nizami Rza oğlu Namazov prezidentə açıq məktub yazmışdı. Məktub müəllifi tələbə köçürmələri üçün alınan məbləğlərə də toxunmuşdu: “Böyük rüşvət hesabına universitetdaxili çoxlu qeyri-qanuni tələbə köçürmələri mövcuddur. Məsələn, I və IV qrup ixtisaslarına aid olan kimya və biologiya fakültələrindən, III ixtisas qrupuna aid olan tarix və filologiya fakültələrindən, II ixtisas qrupuna aid olan iqtisadiyyat və idarəetmə fakültəsinə qeyri-qanuni köçürmələr həyata keçirilib. Mədəni-kütləvi tədbirlərə, təmir işlərinə, dəftərxana ləvazimatları alınması, abadlaşdırma işlərinə, qəzet və jurnallara abunə yazılma və digər bu kimi proseslərə hər il, o cümlədən son illər külli miqdarda saxta pul köçürmələri və pul silinmələr həyata keçirilib. Bu universitetdə maliyyə fırıldaqlarının sayı-hesabı yoxdur. Mühasibatlıq işi mütləq yoxlanılmalıdır. Qohumbazlıq və yerlibazlıq universitetdə artıq əndazəni keçib. Öz qardaşlarını özü vəzifəyə keçən kimi kafedra müdiri qoyub. Düzdür, qardaşlarından biri əvvəldən burada işləyirdi, amma vəzifədə deyildi. Digər qardaşını özü işlədiyi dövrdə gətirib qısa müddətdə kafedra müdiri qoyub. Öz gəlini guya SDU-da dosentdir, hətta son Elmi Şurada onun işi dosent elmi adı almaq üçün AAK-na da tövsiyə olundu, amma onu heç bir tələbə üzdən belə tanımır. Qardaşının qızı, qardaşının kürəkənləri, bibisinin əri (o, həm BDU-da, həm də SDU-da ştatdadır) hamısı müxtəlif vəzifələr daşıyır. Bu universitetdə prorektorların və dekanların da həyat yoldaşları, gəlinləri və digər qohumları məhz onlar bu vəzifəyə keçəndən sonra burada işə götürülüblər. Amma çoxu işə gəlmir, havayı maaş alırlar. Kadrlar işə ancaq rüşvət və ya şəxsi münasibətlərə görə götürülür, hətta dərhal o şəxs layiq oldu-olmadı kafedra müdiri və s. vəzifələrə qoyulur. Əksinə, savadlı, böyük təcrübəyə malik, vicdanlı, lakin haqsızlığa dözməyən kadrlar gözümçıxdıya salınır, vəzifəsindən uzaqlaşdırılır. Elə son illər qiyabi işlər üzrə prorektor, professor, ”Tərəqqi" medallı Sevda Mikayılova işində heç nə tapmadıqları üçün saxta proqulla qovuldu. Ekologiya kafedrasının müdiri, dosent Dürdanə Şirinova və onun həyat yoldaşı Mamed müəllim işlədikləri kafedraların müəllimləri adından yazılan saxta narazılıq aktı ilə qovuldular. Eləcə də neçə-neçə vicdanlı və savadlı kadrlar beləcə uzaqlaşdırılıblar" Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Geri qayıt |