Əsas Səhifə > Dünya > OBAMA DÖVRÜ BİTMƏK ÜZƏRƏDİR
OBAMA DÖVRÜ BİTMƏK ÜZƏRƏDİR4-01-2012, 10:56 |
ABŞ-DA PREZİDENT SEÇKİLƏRİNƏ START VERİLDİ ABŞ-da prezident seçkilərinə rəsmən start verilib. APA-nın məlumatına görə, noyabrda keçiriləcək seçkilərlə bağlı yalnız respublikaçılar partiyadaxili seçkilər keçirəcəklər. Demokratlar artıq növbəti seçkilərdə hazırkı prezident Barak Obamanın namizədliyini irəli sürəcəklərini dəqiqləşdiriblər. Respublikaçılar ilk praymerizi Ayova ştatında keçiriblər. Bu ştatda prezidentliyə iddialı Ron Pol, Mitt Romni və Rik Santorum arasında ciddi mübarizə gedir. İlkin hesablamalara görə, Pensilvaniya ştatından sabiq senator, mühafizəkar Rik Santorum öndə gedir, ikinci yeri Massaçusets ştatının sabiq qubernatoru Mitt Romni tutub. Analitiklər hazırkı prezident Barak Obamanın yenidən bu vəzifəyə seçilmək şansını zəif dəyərləndirirlər. Əksəriyyətin fikrincə, ABŞ-ın növbəti prezidenti məhz respublikaçı olacaq. Ayova ştatında seçkilərdə qalib gələn namizəd bir qayda olaraq yekunda respublikaçıların namizədi olmur. 2008-ci ildə Ayovada keçirilən praymerizdə Con Makkeyn dördüncü olsa da, yekunda Barak Obamanın rəqibi olub. Növbəti praymeriz yanvarın 10-da Nyu-Hempşir ştatında keçiriləcək. Bu ştatda keçiriləcək seçkilərdə ABŞ-ın Çindəki sabiq səfiri, Yuta ştatının keçmiş qubernatoru Con Xantsmen də mübarizəyə qoşulacaq. Respublikaçıların prezidentliyə namizədi yayda Florida ştatının Tampa şəhərində keçiriləcək milli qurultayda irəli sürüləcək. ABŞ-da prezident seçkiləri bu il noyabrın 6-da keçiriləcək. Barak Obamanın potensial rəqiblərindən olan Massaçusets ştatının sabiq qubernatoru 2000-ci ildən prezident seçkilərində iştirak edən ən varlı respublikaçı namizəddir. Romninin varidatı 250 milyon dollar dəyərləndirilir. Geri qayıt |