Əsas Səhifə > Dünya > MOLLA REJİMİ DÜNYADAN TƏCRİD OLUNUR
MOLLA REJİMİ DÜNYADAN TƏCRİD OLUNUR4-01-2012, 11:04 |
İLK ADDIMI İNTERNETDƏN BAŞLAYIRLAR İran tezliklə dünya ilə internet əlaqəsini tamamilə kəsəcək. APA-nın məlumatına görə, bu barədə İran İnformasiya Təşkilatının rəsmi nümayəndəsi Peyam Kərbasi açıqlama verib. O bildirib ki, İranda “intranet” adlı milli internet fəaliyyətə başlayacaq və vətəndaşlara yalnız ölkə daxilində intranetdən istifadəyə icazə veriləcək: “Bu, internet deyil, intranetdir. Yəni yalnız ölkə daxilini əhatə edən milli internetidir. Bununla da İranın tezliklə dünya ilə daha internet əlaqəsi qalmayacaq”. Peyam Kərbasinin sözlərinə görə, intranetin sürəti 2 meqabayt olacaq. İran İnformasiya Təşkilatının başqa bir nümayəndəsi isə son günlər ölkədə internetin sürətinin azalmasına da toxunub: "Milli şəbəkə üzərində iş aparıldığı üçün İranda son günlər internetin sürəti azalıb. İki həftəyə qədər intranet istifadəyə hazır olacaq”. Geri qayıt |