Əsas Səhifə > Güney Press, Üçüncü sektor > BELƏ MƏDƏNİYYƏT MƏRKƏZİ OLUR?

BELƏ MƏDƏNİYYƏT MƏRKƏZİ OLUR?


2-08-2013, 11:10
BELƏ MƏDƏNİYYƏT MƏRKƏZİ OLUR?
Dünən DİA.AZ PKK lideri, terrorçu Abdulla Öcalanın şəkli üzərində olan köynəkli şəxsin Bakıda rahat gəzərək, onu təbliğ etdiyindən yazdı.
Bu gün isə Avrasiya.net-in əldə etdiyimiz məlumata görə, Öcalanın şəkili olan köynəyi geyinən şəxs Namiq Nəsibovdur. Ronahi Kürd Mədəniyyət Mərkəzinin sədr müavini vəzifəsindədir.
Özü də bu şəxs Milli Qəhrəman Kamil Nəsibovun oğludur. Öatırladaq ki, 1992-ci ildə Laçin ermənilərin silahlı dəstələrinin hücumuna məruz qaldığı zaman Kamil Nəsibov könüllülərdən ibarət özünümüdafiə bölüyü yaratmış və özünün komandiri olduğu 30 nəfərdən ibarət bu bğlük Sadınlar, Malıbəyli, Xanallar, Surası kəndlərinin müdafiəsində böyük rəşadət göstərib.
1992-ci il 29 iyunda Qonaqgörünməz yüksəkliyi uğrunda gedən qanlı döyüşlərdən birində Kamil Nəsibov snayper gülləsidən ağır yaralanmış, döyüşçü dostları onu təhlükəsiz yerə çıxarmaq istəsələr də cəsur komandir etiraz edərək döyüş meydanını tərk etməmiş və nəticədə çoxlu qan itirmədən həlak olub.
Azərbaycan Respublikası Prezidentinin 5 fevaral 1993-cü il il tarixli 457 saylı fərmanı ilə Nəsibov Kamil Balədə oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Erməni terrorçularına qarşı vuruşda qəhrəmancasına həlak olan bu şəxsin oğlu bu gün terrorçunun şəklini geyindiyi köynəkdə gəzdirməklə fəxr duyur.

Geri qayıt