Əsas Səhifə > Gündəm, Manşet > AMAY-I KİMLƏR HƏDƏFDƏ SAXLAYIR?
AMAY-I KİMLƏR HƏDƏFDƏ SAXLAYIR?4-01-2012, 11:08 |
ABDULLA ABDULLAYEVİ ÇÖKƏRTMƏ PLANININ PƏRDƏARXASI DİA.AZ: - Bir müddət əvvəl Demokratik İslahatlara Vətəndaş Dəstəyi İctimai Birliyini yaradaraq mərhələli şəkildə siyasi proseslərə baş vuran «AMAY» Ticarət Mərkəzinin sahibi Abdulla Abdullayev artıq problemlərini yoluna qoyub. Bu barədə redaksiyamızı hökumət içindəki məlumatlı mənbələr bilgiləndirib. Qeyd edək ki, ticarət mərkəzinin «TexnikaBank»la problemləri yaranmışdı və həmin ərəfədə bildirilirdi ki, əslində burada əsas məqsəd Abdulla Abdullayevin müflis edilməsindən ibarətdir. Bu barədə mətbuata açıqlama verən «AMAY» rəhbəri də açıq şəkildə kimlər tərəfindən hədəfə alındığını da ortaya qoymuşdu. «Mənim damarlarımdan türk qanı axır» deyərək haray çəkən Abdulla Abdullayevin sözlərindən aydın olanı o idi ki, TM rəhbəri hakimiyyətiçi kürd qruplaşmasının hədəfindədir. Mənbəmiz bildirir ki, artıq sözügedən qruplaşma ilə aradakı konflikt həllini tapıb: «Bu işə birbaşa olaraq prezidentin müdaxilə etdiyi söylənilir. Hər halda, Abdula Abdullayev çox ciddi sahibkarlardan biridir və onun hansısa məmurun şəxsi biznes maraqlarına qurban verilməsi, ölkədəki xaosun kuliminasiyası kimi qəbul olunardı». Məlumatda o da deyilir ki, kürd qruplaşması AMAY-ı ələ keçirmək niyyətində olduğundan bu ticarət mərkəzinin rəhbərinə müxtəlif formalı və ayrı-ayı ünvanlardan təzyiqlər təşkil etməkdə idi. Geri qayıt |