Əsas Səhifə > Güney Press, Üçüncü sektor > KƏMALƏDDİN HEYDƏROV İŞ ADAMINA QƏZƏBLƏNİB

KƏMALƏDDİN HEYDƏROV İŞ ADAMINA QƏZƏBLƏNİB


2-08-2013, 11:27
KƏMALƏDDİN HEYDƏROV İŞ ADAMINA QƏZƏBLƏNİB
"OAZİS"İN RƏHBƏRİ QORXU İÇİNDƏ

Bakıda ən məşhur restoranlardan biri olan «Oazis» yaxın vaxtlarda əl dəyişdirə bilər. Bu barədə TİA.AZ-a məlumat verən mənbə bildirir ki, indiyə qədər sənədləri qaydasında olmayan restoranın müdiri də qorxuya düşüb. Səbəb isə iri çinli məmurlardan birinin həmin obyekti ələ keçirmək istəyidir.

Məlumatlarda vurğulanır ki, hal hazırda sənədləri qaydasına salmaq istəyən «Oazis»in rəhbəri istəyinə nail ola bilmir. İddialara görə, ona bu məsələdə maneçilik törədən şəxs isə FHN şefi Kəmaləddin Heydərovdur. Mənbə qeyd edir ki, yaxın vaxtlarda restoran əl dəyişdirərək, nazirin nəzarətinə keçəcək. Məlumatda o da vurğulanır ki, Heydərovun adamları artıq bir neçə dəfə dolayı yolla restoran sahibinə xəbərdarlıq edib.

Geri qayıt