Əsas Səhifə > Partiya > ƏLİ HƏSƏNOVLA BAĞLI XƏBƏR DOĞRU ÇIXMADI
ƏLİ HƏSƏNOVLA BAĞLI XƏBƏR DOĞRU ÇIXMADI2-08-2013, 12:02 |
PREZİDENTİN SEÇKİ QƏRARGAHI KİMƏ HƏVALI EDİLİR? Prezident seçkisində Ilham Əliyevin Seçki Qərargahına Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov rəhbərlik edəcək. Bu barədə məlumatı “Yeni Müsavat” qəzeti yayıb: “Məlumatı verən qaynağın deməsinə görə, builki seçkilərdə hazırkı dövlət başçısının seçki qərargahına Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov rəhbərlik edəcək. Məlumatlara görə, seçki qərargahı peşəkarlardan təşkil olunacaq və hakimiyyət ölkə boyu geniş təbliğat-təşviqat işləri həyata keçirəcək. Bizə çatan bilgilərə görə, Ə.Həsənov seçki qərargahına sədrlik etmək üçün hazırda tutduğu postdan istefa verəcək və qarşıdakı 3 ay ərzində yalnız seçki təbliğatına rəhbərlik edəcək. Seçkilərdən sonra onun daha böyük vəzifəyə təyin ediləcəyi iddia olunur”. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı qarşıdan gələn prezident seçkilərində Ilham Əliyevin Seçki Qərargahına Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun rəhbərlik edəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Publika.az-ın məlumatına görə, Mübariz Qurbanlı açıqlamasında deyib ki, bu cür mövzular hazırda müzakirə mövzusu deyil: “Seçki kampaniyası ilə əlaqədar prezidentimiz müvafiq tapşırıqlarını verib onun göstəriş və tapşırıqları əsas rol oynayır. Bütövlükdə götürdükdə, YAP elə Ilham Əliyevin Seçki Qərargahıdır və Əli Həsənov da bu partiyanın Idarə Heyətinin üzvüdür. Bu cür rəsmi prosedur məsələləri zamanında həll olunacaq. Ancaq bütövlükdə götürdükdə, YAP özü partiya namizədinin Seçki Qərargahı hesab olunur. Mən indi bu barədə fikir söyləmək istəmirəm, zamanı çatanda hər şey məlum olacaq”. Geri qayıt |