Əsas Səhifə > Cəmiyyət > AZƏRBAYCANIN BAŞ BANKİRİ İLƏ BAĞLI SKANDAL
AZƏRBAYCANIN BAŞ BANKİRİ İLƏ BAĞLI SKANDAL2-08-2013, 12:47 |
Azərbaycanın Mərkəzi Bankı ilə Avstriyanın Mərkəzi Bankının törəmə şirkəti arasındakı müqavilə ilə rüşvət qalmaqalı hələ də davam edir. Avstriya mətbuatı isə dəfələrlə bu qalmaqalla bağlı geniş materiallar dərc ediblər. Qeyd edək ki, Avstriya Mərkəzi Bankının törəmə şirkəti olan "Oesterreichische Banknoten-und Sicherheitsdruck GmbH" (OeBS) şirkəti Azərbaycan da daxil olmaqla, bəzi ölkələr üçün milli banknotların çapı ilə bağlı müqavilələr bağlamaq üçün yerli rəsmilərə rüşvət verməsi barədə bir müddət əvvəl cinayət işi başlanıb. Bu işin istintaqı xeyli vaxt davam etdikdən sonra artıq yekunlaşıb. Aparılan istintintaq işinin materiallarında isə Azərbaycanın Mərkəzi Bankının rəhbəri Elman Rüstəmovun adı xüsusilə qırmızı xətlə keçib. Deyilənlərə görə, Elman Rüstəmova cinayət işinin qaldırılması və onun həbsinə dair sanksiya verilməsi istiqamətində Avstriya prokurorluğu İnterpolun yerli şöbəsinə müraciət edə bilər. Bu isə Elman Rüstəmova gün kimi aydındır. Baş bankir elə bu baxımdan ciddi narahatdır. 30gun.az xəbər verir ki, hələ bir müddət əvvəl "Kleine Zeitung" qəzeti həm Suriya, həm Azərbaycan rəsmilərinə rüşvət verilməsi üçün Panamada qeydiyyatdan keçmiş eyni şirkətdən istifadə olunması barədə məlumat vermişdi. Pullar "Venkoy" adlı bu şirkətin bank hesablarına köçürülüb, daha sonra həmin hesablardan pulların kimlərin əlinə keçdiyi barədə məlumat yoxdur. Avstriya prokurorları müəyyən edib ki, "Venkoy" şirkətinin adından çıxış edən iki vəkil pulları nağd və köçürmə yolu ilə Azərbaycanda və Suriyada "qərarları qəbul edən şəxslərə" ötürüblər. Banknotların çapı üçün sifarişlər almağın əvəzində ödənilən "şapka" "komission haqq" kimi formalaşdırılıb. Azərbaycanla bağlanan müqavilələrdə bu haqq ildə 10 faizdən 21 faizə qədər dəyişib. Qeyd edək ki, bu barədə Avstriyanın digər mətbu orqanları da hələ bir neçə il əvvəl yazıb. Azərbaycanda bu məsələnin yenidən gündəmə gətirilməsi bir qədər maraq doğurur. Ehtimal etmək olar ki, Elman Rüstəmovun hakimiyyətdəki rəqibləri bu olaydan yararlanmaq niyyətindədir. Bu baxımdan hər hansı formada qalmaqalı gündəmdə saxlamağa çalışırlar. Qeyd edək ki, bir neçə il əvvəl də köhnə pulların dövriyyədən çıxarılması zamanı həyata keçirilən maxinasiyalardan Elman Rüstəmova qarşı istifadə etməyə cəhd olmuşdu. Lakin baş bankir ona qurulan tələdən qurtula və bu işdə rolu olanların həbsinə nail ola bildi. Görəsən, baş bankir bu dəfə sudan quru çıxa biləcəkmi? Geri qayıt |