Əsas Səhifə > Sosial, Manşet > MOLLALAR YENƏ DƏ QATIQLAYIR

MOLLALAR YENƏ DƏ QATIQLAYIR


4-01-2012, 11:39
MOLLALAR YENƏ DƏ QATIQLAYIR

BU DƏFƏ DƏ AZƏRBAYCAN DÖVLƏTİNİN VARLIĞI ŞÜBHƏYƏ ALINDI

DİA.AZ: - Fars-molla rejimi yeni ildə də Azərbaycan əleyhinə təbliğatından qalmadı. Bir yandan Amerikaya hərbi müstəvidə əzələ nümayiş etdirən rəsmi Tehran Cənubi Qafqazın ən böyük ölkəsi olan Azərbaycanı da təhdid altında saxlamaqdadır. Hər halda, farsların azərbaycana qarşı aqressivliyinin kökündə məhz qorxunun dayanması bir faktdır. Əgər belə olmasaydı, kifayət qədər problemlər içində olan Azərbaycan İran üçün bu qədər təhlükə mənbəyi hesab olunmazdı.

Bildirək ki, zaman-zaman iranlı ayətullahlar və rəsmi Tehran nümayəndələri Azərbaycan dövlətini, Azərbaycan hakimiyyətini və Azərbaycan xalqını müxtəlif təbliğat vasitələri ilə aşağılayır, ünvanımıza təhqirlər yağdırırlar. Azərbaycanın dövlət müstəqilliyni həzm edə bilməyən molla rejimi ölkəmizi «Aran dövləti» adlandıraraq bizim «fars kökümüzdən döndüyümüzü» də idia edirlər. Ki, əslində bütün bunlar antiAzərbaycan təbliğatının sıradan təzahürləridir.

2012-ci ilin ilk günlərində də molla rejiminin təbliğat maşını dinc dayanmayıb və bu fəaliyyətin ən idbar materiallarından birini olduğu kimi diqqətinizə çatdırırıq. Əslində burada əsas marağımız ondan ibarətdir ki, düşmənlərimizin barəmizdə nəyi necə düşünməsindən hər birimiz məlumatlı olaq. Və əsas hədəfimiz də bu gün İrandan ötürülən çirkli pullar hesabına din pərdəsi altında hətta öz ölkəsinə qarşı çevrilən vətəndaşlarımızı belə ayıltmaqdan ibarətdir. Beləliklə, «arannyus» portalında yer alan materialların birində belə deyilir:

«Moskva dövləti 1 yanvar 1925-ci il, Rusiya, Sovet İttifaqı adlandıqdan düz üç il sonra İran mədəniyyətinin və fars ədəbiyyatının beşiyi olan Mərv, Buxara və Xorasanın şimal-şərq ərazilərini müstəsna etməklə, Bədəxşan Muxtariyyət Vilayəti adlandırmaqla tacikləri (fars dilliləri) İrandan uzaqlaşdırdı. Moskva dövləti bu siyasətlə həmin onillikdə qabaqlar Gülüstan və Türkmənçay müqavilələri ilə İrandan qopardığı Cənubi Qafqaz ərazilərini (Aran) "Azərbaycan Respublikası" adlandırdı.

Rusiyanın İranın şimal ərazilərini işğal etməklə İrandan ayırması bir günlər Avropanın uzaq şərqi olan bir ölkənin gücünü artırmasa da üstündən bir əsrdən keçməmiş onun üçün ən böyük problemə çevrildi.

Aran Newsin məlumatına əsasən, Moskva dövləti 1 yanvar 1925-ci il, Rusiya, Sovet İttifaqı adlandıqdan düz üç il sonra İran mədəniyyətinin və fars ədəbiyyatının beşiyi olan Mərv, Buxara və Xorasanın şimal-şərq ərazilərini müstəsna etməklə, Bədəxşan Muxtariyyət Vilayəti adlandırmaqla tacikləri (fars dilliləri) İrandan uzaqlaşdırdı ki, İran və Əfqanıstanla birləşmək fikrinə düşməsinlər.

65 ildən sonra səhv olması sübuta yetən həmin siyasətlə Moskva dövləti həmin onillikdə qabaqlar Gülüstan və Türkmənçay müqavilələri ilə İrandan qopardığı Cənubi Qafqaz ərazilərini (Aran) "Azərbaycan Respublikası" adlandırdı.

Bu müstəmləkə siyasəti Türkmənistan Respublikasında da ciddi davam etdirildi. Belə ki, (Əşkani şahları adından götürülmüş) Əşk Abad şəhərinin adı məhz iranlılığın inkarı üçün dəyişdirilərək Aşqabad adlandırıldı.

Bu respublikalar adlarının kağız üzərində olmalarından başqa heç bir ixtiyarları yox idi və Moskva dövləti zəiflədikdən sonra (Qorbaçovun hakimiyyətinin son illərində) öz müstəqilliklərini elan etdilər. Sovet İttifaqı dağıldıqdan sonra göstəriş əsasında, nəinki ümumi referendumla müstəqil oldular.

Yəni Moskva dövlətinin 1920 illərdə Rusiya imperiyasının bölünməsi əsasındakı (kommunist international platforması əsaslnda) səhvi bu parçalanmanın (Sovet İttifaqının parçalanmasının) əsas səbəbi oldu. Əlbəttə, həmin vaxtlar (1920 illərdə) bunu proqnazlaşdırmaq mümkün deyildi.

Bu vəziyyət indiki Moskva dövləti üçün ağır başağrısı yaradıb və bunu Rusiyanın hazırda ən böyük problemi də adlandırmaq olar.

Bu respublikalardan bəzilərinin başçıları Moskva dövlətinin qədim rəqibləri (qərb ölkələri) ilə kompromisə girmişdir. Əgər Moskva dövləti bu məsələnin üstünə tez düşməsə, keçmiş sovet ittifaqı coğrafiyasının yaxın gələcəkdə dünyanın böhran mərkəzinə çevriləcəyi gözlənilir. Başqa ölkələrə nisbətən daha tez artıq Gürcüstan, Ukrayna və Qırğıstanda bu böhran özünü görsətməkdədir.

Həqiqətdə əgər ruslar bu əraziləri İrandan ayırmasaydılar, indi cənubda təkcə bir böyük qonşu və danışıqlara gedən ölkə ilə üzləşərdi. Amma indi dünyanın super güc ölkələrinin xəlvət həyatına, ABŞ-ın hərbi bazalarına çevrilmiş bir çox kiçik ölkələrlə qonşu olublar və onlarla necə rəftar etmələrini bilmirlər.

Qeyd edək ki, 1357-ci günəş ilində İran İslam İnqilabının qələbəsindən sonra müvəqqəti dövlət (Bazargan) 1921-ci ildə Tehran və Moskva arasında bağlanmış müqaviləni birtərəfli olaraq ləğv etdi. İnqilabdan sonrakı bu ilk dövlətin Gülüstan və Türkmənçay müqavilələrini də beləcə ləğv etməsi ümid edilirdi, lakin bu işi etmədi! O ləğvin və bu sükutun səbəbləri gərək sonradan aydınlaşsın.

Əlbəttə, 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Tehran tərəfindən yenə də bu yönümdə addım atılmadı. Çünki Türkmənçay müqaviləsinin bir tərəfi (Rusiya imperatorlğu və onun canişini olan SSRİ) artıq siyasi cəhətdən mövcud deyildi (parçalanmışdı) və müqavilənin etibarı itmişdi».


Geri qayıt