Əsas Səhifə > Partiya > BAXCP-DƏN SAAKAŞVİLİNİN SÖZLƏRİNƏ REAKSİYA
BAXCP-DƏN SAAKAŞVİLİNİN SÖZLƏRİNƏ REAKSİYA3-08-2013, 11:20 |
“Mixail Saakaşvili sıradan bir siyasətçi deyil. O, Gürcüstannın ölkə başçısı olmaqla yanaşı həm də regiondakı vəziyyəti dərindən bilən və məlumatlı adamdır. Əgər o deyirsə ki, Milli Şura Rusiyanın layihəsidir, buna artıq şübhə yoxdur”. Bu sözləri Editor.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Gürcüstan prezidenti Mixail Saakaşvilinin Milli Şuranın Rusiyanın layihəsi olduğuna dair bəyanatını şərh edərkən belə söyləyib. Onun sözlərinə görə, Sakkaşvilinin bəyanatı Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun Rusiyanın adamı olmasına zərrə qədər şübhə yaratmır: “Gürcüstan prezidentinin məlum bəyanatından sonra Milli Şurada təmsil olunan partiyalar onun əleyhinə bəyanat verərək, gürcü lideri Azərbaycan iqtidqarına yarınmaqda ittiham etdilər. Bu həmin liderlərdir ki, illərdir Mixail Saakaşvilini demokrat adlandırır, onun regionun inkişafı naminə çalışdığını bəyan edirdilər. İndi isə Gürcüstan prezidentini Azərbaycan iqtidarına yarınmaqda ittiham edirlər. Bu öz-özlüyündə nonsensdir və heç bir məntiqi əsası yoxdur. Saakaşvilinin bəyanatı Milli Şurada təmsil olunan müxalifət liderlərinə utanc gətirməlidir və onlar bu antimilli fəaliyyətlərinə son qoymalıdırlar”. Geri qayıt |