Əsas Səhifə > Şou-biznes > PİŞİK CIRMAQLADI

PİŞİK CIRMAQLADI


27-09-2011, 11:56
PİŞİK CIRMAQLADI

GÜNEL NADİR QAFARZADƏYƏ QARŞI

Populyar müğənni Nadir Qafarzadənin Azərbaycanda bir çox gənc xanım ifaçıların oxumaq üçün ailəsini, həyat yoldaşını atdığını söyləməsi bəzi müğənnilərin qəzəbinə səbəb olub.

"Qafqazinfo" xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, N.Qafarzadənin ittihamlarına cavab Günel Ələkbərovadan gəlib.
Qeyd edək ki, N.Qafarzadə həmin ifaçılara himayədarları tərəfindən 1 il ərzində maşın, mənzil alındığını bildirmişdi.

G.Ələkbərova pulu öz zəhmətilə qazandığını, həmkarının ittihamlarını özünə aid etmədiyini söyləyib: "Hərənin öz fikri var. Nadirin bütün gənc ifaçılara belə ittiham ünvanlamağa haqqı yoxdur. Əgər sözü varsa, qoy konkret ad çəksin".

"Bu gün bizim şou-biznesdə kişilərə qadınlardan daha çox pul xərcləyirlər", - deyə Günel Ələkbərova bildirib.

Geri qayıt