Əsas Səhifə > Dünya > AMERİKA RUHANİYƏ ÜMİD BAĞLAYIR
AMERİKA RUHANİYƏ ÜMİD BAĞLAYIR3-08-2013, 11:39 |
VAŞİNQTON TEHRANA YENİ İMKAN TANIYIR ABŞ ümid edir ki, Mahmud Əhmədinejadla müqayisədə İranın yeni Prezidenti Həsən Ruhani ilə Tehranın nüvə proqramı üzrə razılığa gəlmək daha asan olacaq. İTAR-TASS-ın verdiyi məlumata görə, bu barədə ABŞ administrasiyasının nümayəndələri bəyan ediblər. Onların sözlərinə görə, Vaşinqton əvvəlki kimi sanksiyaların köməyi ilə İran rəhbərliyinə iqtisadi təzyiq göstərməyə istiqamətlənib. Lakin indi onlar Ruhaninin danışıqlara hazırlıq dərəcəsini anlamaq üçün yeni tədbirlərin görülməsində bir qədər fasilə etməyi zəruri hesab edirlər: "Biz yeni seçilmiş Prezidentə problemin müzakirəsinə qoşulmağa imkan vermək istəyirik". Bununla yanaşı, administrasiya nümyəndələri qeyd ediblər ki, əvvəllər İran ona verilən imkandan dəfələrlə istifadə etməyib: "Bizim siyasətimiz İran tərəfinin fəaliyyətindən asılı olacaq". Geri qayıt |