Əsas Səhifə > Sosial, Manşet > MÜXALİFƏTİN YENİ BÖYÜK SEÇKİ BLOKU YARANIR

MÜXALİFƏTİN YENİ BÖYÜK SEÇKİ BLOKU YARANIR


3-08-2013, 13:24
MÜXALİFƏTİN YENİ BÖYÜK SEÇKİ BLOKU YARANIR
MİLLİ ŞURANI ARXİVƏ GÖNDƏRƏCƏK SEÇKİ BLOKUNA QƏRBİN DƏSTƏYİ VAR

DİA.AZ: - Milli Şura daxilindəki fikir ayrılıqları daha da kəskinləşməkdədir. Artıq Müsavat başqanı İsa Qəmbər özünün mövqeyi ilə tam olaraq Rusiyanın projesi kimi qəbul edilən və ictimailəşən Milli Şurada diskomfort şəraitdə olduğunu açıq şəkildə nümayiş etdirir ki, bu da birmənalı qarşılanmır.

Elə bu barədə DİA.AZ-a daxil olan informasiyalardan da aydın olur ki, üzvlərinin böyük əksəriyyəti bu milllət və dövlət uğrunda canlarını, sağlamlıqlarını fəda etmiş Müsavat Partiyasının başqanı İsa Qəmbər məhz Kremlin Azərbaycanda öz ağalığını nümayiş etdirmə niyyətinin təzahürü kimi qəbul edilən Milli Şura ilə bağlı həqiqətlərin ictimailəşməsi fonunda ehtiyat variantlarını da əldən verməməkdir.

Məlumatlı mənbə iddia edir ki, yaxın günlərdə Milli Şuranı tarixin arxivinə göndərəcək böyük bir addım atıla bilər. Mənbənin söylədikləri: Ən uzacı gələn həftənin sonlarına doğru müxalifətin bir neçə iri təşkilatının iştirakı il əvə Müsavat Partiyasının da razılığı altınlda yeni seçki blokunun yaradılması gözlənilir. Ola bilsin ki, bu seçki bloku 2003-cü ildə İsa Qəmbərin namizədliyini müdafiə edən «Bizim Azərbaycan» blokunun anoloqu olsun. Hələlik konkret qərar, anlaşma mövcud deyil».

Amma mənbəmiz iddia edir ki, blokun formalaşdırılması üçün indidən iş gedir və bir sıra təşkilatlarla bununla bağlı müzakirələr aparılır: «Bu məsələdə Ümid, Demokrat və daha bir neçə partiyanın xüsusi fəallığı da müşahidə olunmaqdadır. AXCP və Rəsul Quliyevin ACP-si oyundankənar vəziyyətə düşə bilər ki, bu da onların daha çox boykota meyilli olmaları ilə əlaqədardır».

Mənbəmiz onu da əlavə etdi ki, gələn həftə elan ediləcək blokun namizədi isə heç də tanınmış müxalifətçilərdən biri deyil: «Hələlik həmin şəxsin adı açıqlanmır. Amma İsa Qəmbər artıq ipucu verib: İNTELLEKTUALLARDAN BİRİ»…

Mənbəmiz onu da əlavə etdi ki, bu projeyə Qərbin çox ciddi dəstəyi mövcuddur: «Təbii ki, Milli Şura Qərbin ürəyincə olmayan bir təsisat idi. Hətta Rüstəm İbrahəimbəyovun hər dəfəsində «Rusiyadan sonra Avropaya gedəcəm», «Rusiyadan sonra Amerikaya» gedəcəm kimi izazdıran açıqlamaları da Saakaşvilinin məlum xəbərdarlığı ilə bir daha möhkəmlənmiş olan «Milli Şura Rusiyanın projeisidir» həqiqətini gizlədə bilmədi.

Və faktdır ki, Qərb Azərbaycanı Rusiyanın bir federal subyektinə çevirməyəi hədəfləyən bu layihədə iştirakçı deyildi. Elə buna görə də Qərbin alterenativlər üzərində düşündüyü gözlənilirdi ki, gələn həftə baş verəcək qeyd etdiyimiz hadisə də həmin gözləntilərin nəticəsi kimi qəbul olunmalıdır. Yəni kimsə inanmalı deyildi ki, Qərb Gürcüstanın ardından Azərbaycanı da itirməsinə seyrçi qalacaq».

Geri qayıt