Əsas Səhifə > Sosial, Manşet > ÖVLADI ŞİKƏST QOYULAN ATANI EŞİDƏN YOXDUR

ÖVLADI ŞİKƏST QOYULAN ATANI EŞİDƏN YOXDUR


5-08-2013, 10:58
ÖVLADI ŞİKƏST QOYULAN ATANI EŞİDƏN YOXDUR
MASALLI DOĞUM EVİNDƏ BİABIRÇILIQ: BUNLARA CANMI ƏMANƏT EDİRİK?

DİA.AZ: - “Mənim 33 yaşım var, ailəliyəm, 2 övlad atasıyam. Müxtəlif yerlərdə günəmuzd qaydada fəhləlik etməklə ailəmi birtəhər saxlayıram. Bu yaxınlarda ikinci övladımızın dünyaya gəlməsi ailəmizə sevinc əvəzinə dərd və göz yaşı gətirib. Başıma gələnləri sizlərlə bölüşmək, yaranmış vəziyyətdən birgə çıxış yolu axtarmaq üçün Sizə müraciət edirəm.”

DİA.AZ bildirir ki, Masallı rayonunun Məmmədxanlı kənd sakini Mustafayev Nəbi Bəyiş oğlunun infom.az-a göndərdiyi məktubu həyəcansız oxumaq mümkün deyil. O, iddia edir ki, bu ilin aprelin 5-də Masallı rayon mərkəzi xəstəxanasının nəzdində fəaliyyət göstərən “Doğum evi”ndə doğuş zamanı həkimlər sapsağlam usagı şikəst ediblər:

“Həmin gün Beylaqan rayonunda fəhlə işlədiyim üçün yoldaşımı anası xəstəxanaya aparıb. “Doğum evi”ndə növbə həkimi olan Zenfira İsmayılova yoldaşımın anasına 250 manatlıq bazarlıq müqabilində elə bu gün şad xəbər deyəcəyini bildirib. Həqiqətən uşaq doğuldu. Mən də xəbəri eşidən günün səhəri rayona gəldim, yoldaşımı xəstəxanadan çıxarıb yenidən işə qayıtdım.

Dünyaya gələndən bir gün belə uşağın ağlamağı dayanmayıb. Əvvəllər elə də əhəmiyyət vermirdik, düşünürdük ki, uşaqdır da, yəqin müxtəlif səbəblərdən ağlayır. Məcbur olub 1 aydan sonra həkimlərə müraciət etdik. Məlum oldu ki, doğuş zamanı uşağın sağ qolunu zədələyib sındırblar. Bizi elə həmən gün Bakiya xəstəxanaya göndərdilər. Ay yarımdan çoxdur paytaxt xəstəxanalarının arasında əsir-yesir qalmışıq.

Zülmlə qazandığım bütün pullar yollara töküldü, övladımızın dərdinə çarə tapılsın deyə yoldaşımın nişan üzüyünəcən pula gedən nəyimiz varsa satıb müayinələrə, dava-dərmana verdik. Buna heyfslənmirik də. Amma ortada ümüdverici bir şey yoxdur. Axı niyə dünyaya yenicə göz açan uşaq və biz bu zülmü çəkməliydik?

Hadisəylə bağlı Səhiyyə Nazirliyinə müraciət etmişəm. Cavab gəlib ki, araşdıracağıq. Bir aydan çox keçib, hələ bizi arıyıb-axtaran yoxdur. Nəyi, harada araşdırırlar- burası bizə müəmmalıdır.

Bundan belə nə edəcəyimizi də bilmirik. Maddi imkanımız da tükənib. Başıma gələnləri danışarkən xəcalət çəkirəm. Sizə yazmaqda məqsədim odur ki, həkimlərin öz şəxsi maraqlarını təmin etmək üçün tələm-tələsik, zor gücünə, müxtəlif dərmanlarla erkən doğuş yapdırmaları sonda belə bədbəxt hadisələrlə nəticələnir ki, onun da ağrı-acısını elə bizim kimi ailələr çəkir. Allahın sağlam şəkildə bizə qismət etdiyi övladı ilk gündən şikəst edib bizi bəlaya salıblar. Səhiyyə sistemində bu mühit sağlamlaşdırılmalıdır.”

Bizə daxil olan məktubu araşdırmaq məqsədilə Masallı rayon mərkəzi xəstəxnanın baş həkimi Cəlil Nəzərovla əlaqə saxladıq, hadisə barədə onu məlumatlandırdıq. Baş həkim bizdən bir həftə vaxt istəyərək, zərərçəkəni mütləq qəbul edib dinləyəcəyini, tibbi sənədlərlə tanış olandan sonra müvafiq tədbir görəcəyinə söz verdi.

Movzunu diqqətdə saxlayacağıq

ÖVLADI ŞİKƏST QOYULAN ATANI EŞİDƏN YOXDUR

Geri qayıt