Əsas Səhifə > Güney Press, Üçüncü sektor > SÜLEYMAN MİKAYILOV BÜDCƏNİ BELƏ DAĞIDIR
SÜLEYMAN MİKAYILOV BÜDCƏNİ BELƏ DAĞIDIR5-08-2013, 11:01 |
İCRA BAŞÇISININ KARXANA BİZNESİ Qarabağın icra başçısı Süleyman Mikayılov özünə yeni, amma böyük miqdarda gəlir gətirən biznes sahəsi qurub. TİA.AZ-a verilən məlumata görə, icra başçısı rayonda həyata keçirilən yenidənqurma və abadlıq işlərində istifadə olunan üzlük və kubik daşlarını çox ucuz qiymətə, hətta pulsuz almasına rəğmən onu sənədləşdirmədə həddindən artıq baha qiymətə qeyd etdirir. Qarabağ İcra Hakimiyyətindəki mənbənin bildirdiyinə görə, rayonda xeyli sayda karyerlər var və onlardan üzlük və tikinti daşının alınması Süleyman Mikayılov üçün çox ucuz başa gəlir. Amma buna baxmayaraq, icra başçısı həmin daşları sənədləşdirmədə iki, hətta 4-5 dəfə baha göstərməklə büdcədən ayrılmış pulların bir qismini özünə saxlayır. Belə ki, Qaradağdakı daş karxanalarında hasil edilən əhəng daşının yerində qiyməti 10-15 qəpikdən bahaya başa gəlmir. Amma tikinti zamanı istifadə olunan bu materialların sənədləşdirilməsi 55-60 qəpik göstərilir ki, bu da qiymətin 3 dəfə şişirdilməsi deməkdir. Üzlük daşlarına gəldikdə isə burada qazanc 2 dəfə artıqdır. Çünki emal olunmuş həmin daşların maya dəyəri təqribən 18-20 manata bərabər olur. Amma icra başçısı onları sənədləşdirərkən 33-35 manat civarında göstərir. Verilən məlumatlarda vurğulanır ki, Süleyman Mikayılovun biznesi təkcə bununla məhdudlaşmır. Qaradağın icra başçısı həmçinin sahibkarların da qəniminə çevrilib. İndiyə qədər rayonda onlarla iş adamını müflis etdirən icra başçısı onların əmlaklarını belə əllərindən aldırıb. Məsələ ilə bağlı geniş araşdırmamız olacaq. Geri qayıt |