Əsas Səhifə > Şou-biznes > "ARAMIZDA CİNSİ ƏLAQƏ DƏ YOXDUR"...

"ARAMIZDA CİNSİ ƏLAQƏ DƏ YOXDUR"...


5-08-2013, 11:06
"ARAMIZDA CİNSİ ƏLAQƏ DƏ YOXDUR"...
Ötən həftə çoxlarının əsəblərini gərildən hadisənin ("məhəbbət üçbucağı"nın üzvləri - rəqqasə Nigar, Həmid Sultan və Bilal Əliyevin bacısı oğlu olan müğənni Bəxtiyar Bilal) baş qəhrəmanlarından biri - Həmid Sultan oxumeni.az-a açıqlama verib:

- Mən Həmid Sultan Sumqayıtda keçirilən “N1” müsabiqəsinin qalibi olmuşam. Sumqayıtlılar mənə 50 000 SMS göndərərək, məni Sumqayıtın birincisi seçiblər. Hal-hazırda “Dönəcəksən” adlı klipimin çəkilişləri ilə məşğulam. Qeyd edim ki, klipimin rejissoru Natiq Novruzovdur. Tezliklə işıq üzü görəcək.

Son günlər mediada haqqımda gəzən söz-söhbəti görüb, şoka düşmüşəm. Gündəm xətrinə kiminsə şəxsi həyatı ilə bu cür oynamaq olmaz! Bu, Nigarın, Bəxtiyarın və mənim şəxsi həyatıdır! Özümüz bilərik, necə istəyirik, elə də yaşayırıq. Bir-birimizi çox istəyirik, inanıram ki, tezliklə bəzi mənə qarşı ağızlarına gələni yazanlar öz cəzalarını alacaqlar. Söz-söhbət nəinki mənim, bütüm sumqayıtlıların hissi ilə oynayıb. Haqqımda yazılan məlumatlar hər kəsi narahat edib.

- Mediada gəzən söz-söhbətlər deyəndə ki, bu söz-söhbətləri elə özünüz bilərəkdən yaymısınız. Üçünüzün bir evdə yaşadığını, birgə olduğunu etiraf etmisiniz. Hətta saytlara telefon nömrəsini də qoymusunuz ki, bütün bu sözlər mənə aiddir. Elə isə indi nəyə və kimə etirazınızı bildirirsiniz? Bəlkə bütün bunlar ucuz reklam kampaniyası imiş? Deyilənə görə, haqqınızda yayılan xoşagəlməz xəbər reklamdan başqa bir şey deyil. Əgər elədirsə, bu reklamın kişilik qurunuza zərər gətirəcəyini əvvəlcədən təxmin etməmişdiniz?

- Şəxsən mən açıqlamalarımda mehriban ailə olduğumuzu söyləmişəm. Ancaq bir çox saytlarda yanlış məlumatlar gedib. Üç nəfərin bir evdə qalmasının nəyi pisdir ki? Aramızda cinsi əlaqə də yoxdur. Mən heç vaxt istəməzdim ki, bu cür piar edim, əfsuslar olsun ki, mənim açıqlamalarım şişirdilib.


"ARAMIZDA CİNSİ ƏLAQƏ DƏ YOXDUR"...

Geri qayıt