Əsas Səhifə > Partiya > MİLLİ ŞURA YENİ İŞ REJİMİNƏ KEÇİR

MİLLİ ŞURA YENİ İŞ REJİMİNƏ KEÇİR


5-08-2013, 11:52
MİLLİ ŞURA YENİ İŞ REJİMİNƏ KEÇİR
Milli Şuranın üzvü Eldəniz Quliyevin sözlərinə görə, qurumun seçki qərargahı fəaliyyətini intensivləşdirməlidir. Elə bu məqsədlə də seçkilərin vaxtı azaldığından bu həftə ərzində gərgin işləməyi planlaşdırırlar. O, “əsas işlərimizi başa çatdırmalıyıq” deyərək, bu gün Milli Şura üzvləri ilə bu barədə müzakirələr aparılacağını da vurğulayıb.
Qeyd edək ki, Rüstəm İbrahimbəyovun Azərbaycana gəlişinin təxirə salınması Milli Şurada vəziyyəti xeyli gərginləşdirdi. Müsavat partiyasının rəhbəri İsa Qəmbərin öz namizədliyini rəsmi şəkildə geri götürməməsi də prosesə təsir edən amillərdəndir.
Müsavat partiyasının başqan müavini Gülağa Aslanlı isə bildirir ki, partiya rəhbəri doğru addım atır, çünki hələ Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığının ortadan qaldırılıb-qaldırılmayacağı bəlli deyil.

Geri qayıt