Əsas Səhifə > Güney Press, Araşdırma > GÖYGÖLÜN İCRA BAŞÇISI İLƏ BAĞLI ŞOK FAKT

GÖYGÖLÜN İCRA BAŞÇISI İLƏ BAĞLI ŞOK FAKT


5-08-2013, 11:58
GÖYGÖLÜN İCRA BAŞÇISI İLƏ BAĞLI ŞOK FAKT
DİPLOMU SAXTA İMİŞ...

Son zamanlar medianın gündəmindən düşməyən Göygöl rayon icra hakimiyyətinin başçısı Arif Seyidov barəsində Avropa.info-ya maraqlı bir xəbər daxil olub. Rayondakı mənbələrdən verilən məlumatda qeyd olunur ki, bir neçə ildir ki, Göygölün icra başçısı postunu tutan Arif Seyidovun diplomu saxta imiş. Belə ki, icra başçsı Gürcüstan Aqrar Universitetinin saxta diplomu ilə işə qəbil olub.Həmçinin Göygöl rayonun İcra hakimiyyəti başçısının 1-cü müavini Turani Əliyevin özü və qızının da saxta diplomla ingilis dili müəlliməsi kimi işlədiyi də bildirilir. Qeyd edək ki, son zamanlar Göygöl rayonunun büdcə təşkilatlarında kütləvi korruspiya və rüşvət halları barədə hüquq-mühafizə və digər hökumət orqanlarına yüzlərlə şikayətlər edilir. Həmin şikayətlərin nəticəsi olaraq, icra başçısının yaxın qohumu olan Peşə Liseyinin direktiorunu Korruspiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları həbs edib. Bundan başqa rayon təhsil şöbəsindəki maliyyə pozuntuları ilə bağlı araşdırmalar başlanıb.Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəsissəsində cəza çəkən sabiq təhsil şöbəsinin müdri Altay İsmayılov məhkəmə prosesində əhalidən işə düzəlmək adıyla aldıqları külli miqdarda pulları icra başçısı Arif Seyidova verdiyini bildirmişdi.Həmin pullarla rayon İcra Hakimiyyətinin yeni inzibati binasını təmirinə xərclənməsi adıyla aldadılmış Altay İsmayılov hal-hazırda həbsdədir.Həmçinin sabiq şöbə müdiri Göygölün İcra başçısının Prezidentin Ehtiyyat Fondundan rayona pul ayrılan kimi ondan aldığı pulları qaytaracağını vəd etməsini də qeyd etmişdi. Bundan sonra isə Təhsil Şöbəsinin müdri həbsə atılmaqla söz-söhbətə son qoyulur.Sabiq təhsil şöbəsinin müdrinin həbsdən prezidentə bu haqda müraciətlər etdiyi də bildirlir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq
Geri qayıt