Əsas Səhifə > Gündəm, Manşet > EUROVISION-2012 ÜÇÜN MƏXFİ MILYONLAR

EUROVISION-2012 ÜÇÜN MƏXFİ MILYONLAR


4-01-2012, 13:49
EUROVISION-2012 ÜÇÜN MƏXFİ MILYONLAR

NƏDƏN BƏZİ SƏRƏNCAMLAR XALQDAN GİZLƏDİLİB?

DİA.AZ: - Azərbaycan Nazirlər Kabineti 2012-ci ildə ölkədə keçiriləcək beynəlxalq əhəmiyyətli tədbirlərin maliyyələşdirilməsi üçün əlavə olaraq 50 mln. manat ayırıb. Bu tədbirlər sırasında Avropa Azərbaycanlılarının VI Konqresi, Qəbələdə IV Beynəlxalq Musiqi Festivalı, Eurovision-2012 mahnı festivalı, Üzeyir Hacıbəyova həsr olunmuş IV Beynəlxalq Musiqi Festivalının adı çəkilir.

Vəsait hökumətin 2011-ci il 15 noyabr tarixli 370 saylı sərəncamı ilə 2011-ci il dövlət büdcəsinin ehtiyat fondundan ayrılıb. Bu sərəncam da digər bənzər sənədlər kimi ictimaiyyətdən gizlədilib və məlumatlı mənbələr sayəsində hələ indi məlum olub.

Sərəncamın mətnindən onun məxfiləşdirilməsinin səbəbləri aydın olur. Bu qərarla vəsait sonradan beynəlxalq tədbirlərin icraçıları ilə razılaşmalar yolu ilə (alqı-satqı) öz mülahizəsinə görə paylaşdırmaq hüququ ilə Maliyyə Nazirliyinə verilir.

Sərəncam tenderlər haqqında qanunu pozur. Bu qanuna əsasən, bu həcmdə vəsait dövlət sifarişi üzrə tender qaliblərinə verilməlidir. Nazirlər Kabineti “beynəlxalq tədbirlərin təxirə salınmadan icra edilməsi zərurətini nəzərə alaraq, işlərin təşkilatçılarına-sifarişçilərinə alqı-satqı metodu ilə vəsait ayrılmasına icazə verilsin” ifadəsi ilə qanundan yan keçir.

Hökumət bu qanunu guya ictimaiyyətə məlum olan 2012-ci ildə keçiriləcək mədəni tədbirlərdən əvvəlcədən xəbəri yoxmuş kimi qəbul edib. Adətən bu kimi qərarlar həm dövlət layihələrinin sifarişçiləri, həm də icraçıları üçün sui-istifadə və korrupsiyaya yol açır. Göründüyü kimi, Eurovision-2012 kimi tədbir də istisna olmayacaq.

Geri qayıt