Əsas Səhifə > Cəmiyyət, Manşet > SABİRABADDA ŞOK MƏMUR ÖZBAŞINALIĞI
SABİRABADDA ŞOK MƏMUR ÖZBAŞINALIĞI5-08-2013, 15:59 |
İCRA BAŞÇSININ MÜAVİNİ PULU NECƏ TƏLƏB EDİR? DİA.AZ: - Dünən Sabirabadda icra hakimiyyətinin birinci müavini Həsən Həsənov sahibkar Xalıq Şirəliyevin şəhərin mərkəzindəki obyektini uçurmaq istəyib. Bu barədə DİA.AZ-a rayondan xəbər verilib. O, ağır texnikanı dərzilər işləyən binanın bir metrliyində saxlayaraq “ya pul ver, ya da uçurdacam” deyərək X.Şirəliyevdən 5 min manat pul istəyib. Gözü qızmış müavin həmin pulla həm onun obyektini, həm də qonşu binanl təmir edəcəyini bildirib. Xalıq Şirəliyev elə bir imkanının olmadığını deyib, onun özbaşınalığı barədə Prezidentə şikayət edəcəyini bildirib. Bundan qəzəblənən Həsən Həsənov “mən prezident zad bilmirəm, bu yerin prezidenti elə mən özüməm, ya verirsən ya da uçurdacam, get yeznən Gülhüseyindən( Saatlının keçmiş deputatı) al” deyə binanı təpikləməyə başlayıb. Onun bu hərəkəti ətrafdakıların gülüşünə səbəb olduğundan o üzünü onlara tutaraq çox nalayiq söyüşlər söyüb. DİA.AZ-a daxil olan məlumatda daha spnra deyilir: “Əhalinin onun üzərinə gəldiyini görüb dövlət nömrə nişanı vurduğu öz çəxsi “mercedes”inə oturaraq aradan çıxıb. Elə dünən bu hadisədən sonra o Heydər Əliyev mərkəzində çalışan iş icraçısı Elnura da təpik atıb, ətrafda qadın və qazların çox olmasına baxmayaraq küçə söyüşləri işlədib. Əhali artıq Həsənin yaramaz hərəkətlərindən cana duyub. Vay o adamın halına ki, maşınla kimsə gəlib onun maşınını keçə. Onun tapşırığı ilə həmin çəxs dərhal həbs olunur. Bu günlərdə bir KAMAZ və bir taksi sürücüsü belə aqibətlə üzləşiblər. Üstəlik onlara əldə qaldırmışdı. Sabirabad çamaatı ona koxoznik adı verib, ona görə ki, o özünü fermada hiss edir, nə danışıgın, nə yerişin, nə də duruşun bilmir”. Onu da bildirək ki, DİA.AZ portalına açıqlamasında Xaliq Şİrəliyev belə bir problemin olmadığlnı bildirdi və qeyd etdi ki, sadəcə olaraq anlaşılmazılırn olub və artıq, problem həll olunub. Geri qayıt |