Əsas Səhifə > Sosial, Manşet > «BANK OF AZERBAİJAN»A QARŞI 100 İDDİA

«BANK OF AZERBAİJAN»A QARŞI 100 İDDİA


6-08-2013, 11:35
«BANK OF AZERBAİJAN»A QARŞI 100 İDDİA
BANKIN QURBANI OLAN NARAZI VƏTƏNDAŞLARDAN QEYRİ-ADİ AKSİYA TƏDARÜKÜ

DİA.AZ: - Azərbaycanda bankların vətəndaşlar üçün bir müflisləşdirmə mexanizmi funksiyasını həyata keçirməsi faktdır. Fakt olanı həm də odur ki, bu gün dünyanın heç bir yerində Azərbaycan banklarının təklif etdikləri kredit faizləri mövcud deyil. Bu da nəticədə vətəndaşların müflisləşdirilməsinə, banklar qarşısında yüklü miqdarda borclanmasına gətirib çıxarır. Yəni Azərbaycandakı bank faizləri nəinki müsəlman ölkələrinin hansısa birində, hətta ən geridə qalmış xristian ölkələrində belə mövcud olmadığından insanlarımız banklara bir bəla mənbəyi kimi baxır.

Elə DİA.AZ-a şikayətçi düşən bir qrup Bakı sakini də eyni qaydada bank sektorunun qurbanları, bank sisteminə bəla kimi baxanlardır. Xatırladaq ki, keçən günlərdə də «Bank of Azerbaijan»ın aldatdığı müştərilərin etirazlara qalxacağı haqda məlumat vermişdik. DİA.AZ-a bu barədə açıqlama verən həmin vətəndaşların nümayəndəsi Eldar Salamov bildirir ki, onlar ayrı-ayrı məhkəmə instansiyalarında «Bank of Azerbaijan»a qarşı iddia qaldırmaq fikrindədirlər:

«Biz belə qərara gəldik ki, eyni gündə hamımız «Bank of Azerbaijan»a arşı məhkəmə iddiası qaldıraq. Özü də fərqli-fərqli məhkəmələrdə. Təxminən 50-yə yaxın bu cür narazı vətəndaşı müəyyənləşdirə bilmişik və araşdırmalarımız davam edir. Ən uzağı sentyabr ayının əvvəlində bu aksiyamızı həyata keçirib, bütün ölkəə elan edəcəyik. Məqsədimiz şikayətçilərin sayını 100-ə çatdırmaqdır».

Portalımız vasitəsilə bütün «Bank of Azerbaijan» qurbanlarına müraciət edərək, onları da aksiyalarına dəstək verməyə çağırdığını bildirən narazı vətəndaş onu da qeyd etdi ki, bu yolla onlar seçkilər ərəfəsində həm də prezidentliyə namizədlərin diqqətini bank sektorundakı böhranla bağlı məsələyə də çəkməyi düşünürlər.

Onu da bildirək ki, zamanında nəqliyyat naziri Ziya Məmmədova məxsus olan «Bank of Azerbaijan»ın hazırda fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu söylənilir.

Geri qayıt