Əsas Səhifə > Güney Press, Üçüncü sektor > MƏRDAN CAMALOVUN BAŞI PUL QAZANMAĞA QARIŞIB

MƏRDAN CAMALOVUN BAŞI PUL QAZANMAĞA QARIŞIB


6-08-2013, 11:51
MƏRDAN CAMALOVUN BAŞI PUL QAZANMAĞA QARIŞIB
OLİMPİYA KOMPLEKSİ İSƏ ÇÖKÜR

Şirvan Olimpiya Kompleksi uçmaq təhlükəsi ilə üzləşib. Bu barədə TİA.AZ-a şəhər sakinləri məlumat veriblər. Həmin məlumatda deyilir ki, bu yaxınlarda Prezident tərəfindən açılışı edilən obyektin dağılmasının səbəbi isə korrupsiya göstərilir. Qeyd edilir ki, kompleks necə gəldi təmir olunub. Elə bu səbəbdəndir ki, divarlarda iri çatlar əmələ gəlməklə yanaşı, həm də uçma təhlükəsi yaranıb.

Daha sonra vurğulanır ki, baş verənləri ört-basdır etmək üçün Şirvan şəhərinin icra başçısı Mərdan Camalov yeni bir varianta əl atıb. Belə ki, o, günahkar qismində Türkiyədən gəlmiş ustaları göstərməyə çalışır. Amma bu günahkar axtarışı işlərində narazılıq yaranıb. Məlumatlarda deyil ki, icra başçısı Türkiyədən gəlmiş ustaları çağıraraq, onlardan külli miqdarda pul aldıqlarına dair sənədə qol çəkmələrini istəyib. Ortada isə 12 milyon manatlıq bir sənəddən söhbət getdiyindən türklər sənədə imza atmaqdan imtina ediblər.

TİA.AZ-a danışan Şirvan sakinləri başqa bir maraqlı mətləb barəsində qeyd ediblər. Onlar bildiriblər ki, şəhərdə həmçinin sahibkarlara da divan tutulmasına start verilib. Vurğulanır ki, icra başçısı şəhərdəki ticarət obyektlərinin qarşısına alkapon vurulması barədə göstəriş verib. Sahibkarların öz hesabına həyata keçirilən prosesi isə Mərdan Camalov öz adına çıxır. «Mərdan Camalov sahibkarlara tapşırıq verib ki, ticarət obyektlərinin qarşısına alkapon vursunlar. Özü də öz hesablarına. Bunun üçün dövlət büdcəsindən ayrılan pullar isə birbaşa icra başçısının cibinə axır».

Şirvanda həmçinin dövlət tərəfindən ayrılmış pullar hesabına tikilməli olan stadionun inşası da yarımçıq qalıb. TİA.AZ-a danışanlar qeyd ediblər ki, stadionun tikintisini həyata keçirmək üçün tenderin qalibi olmuş Faiq Zeynalovla icra başçısı Mərdan Camalov pulları mənimsədiklərindən işlər yarımçıq qalıb. «Ortada nə pul var, nə də stadion. Pulu isə Faiq Zeynalovla icra başçısı çoxdan yeyiblər. Ona görə də, stadionun vaxtında inşa edilərək, başa çatdırılması mümkün olmur».

Geri qayıt