Əsas Səhifə > Güney Press, Üçüncü sektor > DEPUTATIN OBYEKTİNDƏ ŞOK BİABIRÇILIQ

DEPUTATIN OBYEKTİNDƏ ŞOK BİABIRÇILIQ


6-08-2013, 11:53
DEPUTATIN OBYEKTİNDƏ ŞOK BİABIRÇILIQ
UŞAQLARDAN QUL KİMİ İSTİFADƏ OLUNUR

Məlum olduğu kimi, Azərbaycanda varlı deputatlar sırasında önəmli yerlərdən birini tutan İqbal Məmmədov Cənub bölgəsində turizm sektoruna nəzarət edən fiqur olaraq qəbul edilir. JAM.AZ xəbər verir ki, deputat hələ mandat sahibi olmamışdan öncə «Kaspi Y1ıldız» şirkətinə rəhbərlik edirdisə, hal hazırda Lerik və Astarada turizm sahələri də yaratmağa başlayıb.

Onların arasında ən məşhurlar sırasında Lerikdəki «Relaks» İstirahət Mərkəzi dayanır. Məlumatlarda vurğulanır ki, İqbal Məmmədovun ARDNŞ prezidenti Rövnəq Abdullayevlə şərikli işlətdiyi bu istirahət mərkəzindəki qiymətlər və xidmətin hansı həddə olduğu barədə yazmağa dəyməz. Çünki burada qiymətlər dodaq uçuqladır.

Lakin İqbal Məmmədovun Astarada da eyni adlı istirahət mərkəzi də fəaliyyət göstərirmiş. JAM.AZ-ın məlumatına görə, Xəzərin sahilində fəaliyyət göstərən «Relaks»da acınacaqlı vəziyyət hökm sürür. Belə ki, burada uşaq əməyindən istifadə olunur ki, bu da qanunla qadağandır. 14 yaşlı E. (adının bilsək də, işdən çıxarıla biləcəyini nəzərə alaraq yazmırıq) ayda 150 manat müqabilində istirahət mərkəzində ofisiant işləyir. Onunla yanaşı, daha 5-6 nəfər azyaşlı da orada çalışır.

«Relaks»da biabırçılıq yaradan hallardan biri də antisanitariya və xidmətin bərbad halda olmasıdır. Belə ki, istirahət mərkəzinin rəhbəri İqbal Məmmədovun yaxın qohumu olduğunu əsas gətirərək, müştərilərlə öz bildiyi şəkildə danışmaqdan çəkinmir. Hətta etiraz edən müştəriləri qohumu ilə qorxutmaqdan da çəkinmir.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt