Əsas Səhifə > Şou-biznes > "BİR NEÇƏ GÜNDƏN SONRA AYAĞA QALXACAM"
"BİR NEÇƏ GÜNDƏN SONRA AYAĞA QALXACAM"6-08-2013, 11:58 |
Rəqqasə-müğənni Sevda Sanəliyevanın bir neçə gün əvvəl ağır əməliyyat keçirdiyi ilə bağlı mətbuatda xəbər yayılmışdı. Axşam.az-ın məlumatına görə, qəfildən halı pisləşən sənətçi xəstəxanaya aparılıb, əməliyyat olunub. O, narkozdan gec ayıldığını, gözlərini açanda saçlarını kəsdiklərini bildirib. Sevda sosial şəbəkədəki profilində səhhətindən yazaraq, hazırda özünü yaxşı hiss etdiyini bildirib: “Əziz dostlarım və məni sevənlər, yazılanlar düzdür, ağır və çətin bir gün keçirdim. Amma şükürlər olsun ki, indi özümdəyəm, bir neçə gündən sonra isə ayağa qalxacam. Hamınıza göstərdiyiniz sevgi və qayğıya görə təşəkkür edirəm”. Geri qayıt |