Əsas Səhifə > Sosial, Manşet > MÜSAVAT PARTİYASI BAŞQANINDAN İLGİNC AÇIQLAMALAR
MÜSAVAT PARTİYASI BAŞQANINDAN İLGİNC AÇIQLAMALAR6-08-2013, 15:06 |
İSA QƏMBƏR MİLLİ ŞURANIN DAĞILMA EHTİMALLARINDAN NƏLƏRİ DEDİ? DİA.AZ: - «Dünya» İnformasiya Agentliyi olaraq siyasilərimizin onlarsız müsahibələrini, yəni hadisələrə münasibətlərini öyrənməyə cəhd etdik. Yəni Filankəs filan suala necə cavab verərdi. Təbii ki, onlar var və onların uzun illər var olmalarını Allahımızdan arzu edirik. Yəni mümkündür ki, elə bu sualları onlara da ünvanlayaq. Amma bizim məqsədimiz onları nə qədər əvəz edə bilərik - marağıdır. Bir az da gözünə məzə qataraq… Elə ilk qonağımız da Müsavat başqanı İsa Qəmbərdir… - İsa bəy, prezident seçkiləri yaxınlaşır… Amma Milli Şurada hələ də qərarsızlıq var. - Hesab edirəm ki, Milli Şurada qərarsızlıq yoxdur. Sadəcə olaraq biz ilk başdan müttəfiqlərimizə təklif etdik ki, ehtiyatı əldən vermək olmaz. Amma onlar belə hesab etmədilər. İndi isə görürlər ki, biz haqlı idik… - Ümumiyyətlə, zamanında Əbülfəz Elçibəyə namizədliyini güzəştə getməyən İsa Qəmbər nədən Rüstəm İbrahəimbəyova güzəşt etdi? - Kim bunu deyir? - Aydındır. Bəs o zaman Milli Şurada niyə varsınız? Axı Milli Şura Rusiyanın layihəsidir. - Mənim maşınım da Almaniyanın istehsalıdır. Amma mən hala sürürəm, ora da gedir. Milli Şura ola bilsin ki, hansısa başqa ölkənin istehsalıdır. Amma sükan məndədir. Narahat olmağına dəyməz. - Yəni Milli Şura da dağılacaq, eləmi? - Başqa variantı yoxdur. Əgər Milli Şura «Bizim Azərbaycan»a aid deyilsə, «Vahid Rusiya»ya («Yedinaya Rossiya») xidmət edirsə, o zaman vahid namizədinin arxasınca gedə bilər. - Bəs Əli Kərimli ilə münasibətləriniz necədir? - Onun xarici pasportu yoxdur. - Yəni o, sizi dəstəkləyəcəkmi? - Mənim hər bir Azərbaycan vətəndaşının dəstəyinə ehtiyacım var. Hesab edirəm ki, bu da doğru mövqedir. DİA.AZ-dan: Gələn dəfə çalışıb, AXCP sədri Əli Kərimlini danışdıracağıq… Azər – DİA.AZ Geri qayıt |