Əsas Səhifə > Sosial, Manşet > ARZU RƏHİMOV İŞÇİLƏRİ İLƏ PUL «RAZBORKASI»NDA
ARZU RƏHİMOV İŞÇİLƏRİ İLƏ PUL «RAZBORKASI»NDA7-08-2013, 11:55 |
DÖVLƏT XİDMƏTİNİN RƏİSİ TABEÇİLİYİNDƏ OLANLARA KOLXOZ SƏDRİ DEDİ DİA.AZ: - Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətində dünən toplantı olub. Bu barədə DİA.AZ-a qurumdakı mənbələr məlumat verib. Qaynaq iddia edir ki, xidmətin rəisi Arzu Rəhimov hər zaman olduğu kimi, bu dəfə də tabeçiliyindəki ayrı-ayrı rayonların hərbi komissarlarını heyrətləndirməyi bacarıb. Xatırladaq ki, bu günlərdə Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Qobustan şöbəsinin rəisi həbs olundu və ona qarşı əsas ittiham ayrı-ayrı şəxslərdən pul alaraq onlara vəzifə vəd etməsi faktı idi. Və KİV-lərdə yer alan məlumatlardan aydın olur ki, Arzu Rəhimovun sürücüsünun də adının qarışdığı bu olayda onlarla hərbi komissardan pul alınsa da, onların vəzifə istəkləri yerinə yetirilməyib. Elə dünənki toplantıda da xidmət rəisi məhz bu məsələ ilə bağlı hərbi komissarlara müraciət edib. Mənbənin söylədikləri: «Toplantı vaxtı hərbi komissarların görünüşünə belə ilişən Arzu Rəhimov hətta onlardan birini kolxoz sədrinə də bənzədib. Xidmət rəisi üzünü hərbi komissarlara tutaraq deyib ki, əgər kiminsə pulu alınıbsa, ona vəzifə söz verilibsə. İndi ona desin, o da həmin pulu geri qaytartdırsın. Daha sonra xidmət rəisi deyib ki, əgər sonradan kimsə bu iddia ilə üstünə gəlsə, kömək etməyəcək». Mənbəmiz onu da əlavə edib ki, toplantı zamanı bir neçə rayonun hərbi komissarının yeri dəyişdirilib, bəzisi isə işdən atılıb. Bu barədə az sonra məlumat verəcəyik. Bizi izləyin… Geri qayıt |