Əsas Səhifə > Dünya > «PKK-NI TAM OLARAQ MƏHV EDƏCƏYİK»
«PKK-NI TAM OLARAQ MƏHV EDƏCƏYİK»5-01-2012, 11:44 |
TÜRK ORDUSUNDAN KÖNÜLLƏRƏ SU SƏPƏN AÇIQLAMA Türkiyə terrorçu Kürd Fəhlə Partiyasını (PKK) məhv edəcək və bununla da bu məsələni gündəlikdən çıxaracaq. Bunu Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Necdet Özel bildirib. Bu barədə "Haber7" qəzeti xəbər verir. "Türkiyə terrorizmlə mübarizədə nəzərəçarpacaq nəticələrə nail olub və bu məsələdə vacib olan kəşfiyyat və güc strukturlarının hərəkətlərinin əlaqələndirilməsidir", - Özel deyib. Baş Qərargah rəisinin sözlərinə görə, son altı ay ərzində Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən 327 terrorçu zərərsizləşdirilib, onlardan 165-i öldürülüb, 50 nəfəri həbs olunub. Daha 112 terrorçu özləri hakimiyyətə təslim olub. Bundan əlavə, Özelin sözlərinə görə, İraq ərazisindəki xüsusi əməliyyatlar zamanı Türkiyə HHQ 325 yaraqlını məhv edib və 320-sini yaralayıb. Özel xatırladıb ki, hələ 2008-ci ilin oktyabrında Türkiyə, İraq və ABŞ terrorizmlə mübarizədə vahid mexanizm yaratsalar da, bu saziş nəzərəçarpan nəticələr verməyib. Türkiyə HHQ avqustun 17-si axşam yaraqlıların Türkiyənin şimal-şərqində törətdikləri hücumdan sonra aviazərbələr endirib. Həmin hücum nəticəsində 9 türk hərbçisi öldürülmüşdü. PKK yaraqlılarının oktyabrın 19-na keçən gecə İraqla həmsərhəd olan Hakkari vilayətində 24 hərbiçinin həlak olması və 18-nin yaralanması ilə nəticələnən terror aktına cavab olaraq türk ordusu cümə axşamı İraqın şimalındakı beş rayonda yerüstü və hava əməliyyatlarına başlayıb. Əməliyyatlara 10 minlik qoşun qruplaşması, o cümlədən xüsusi təyinatlılar cəlb edilib. Türkiyə ilə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb. Geri qayıt |