Əsas Səhifə > Sosial, Manşet > CAVİD QURBANOV NƏQLİYYAT NAZİRİ POSTUNA GƏTİRİLİR

CAVİD QURBANOV NƏQLİYYAT NAZİRİ POSTUNA GƏTİRİLİR


7-08-2013, 12:21
CAVİD QURBANOV NƏQLİYYAT NAZİRİ POSTUNA GƏTİRİLİR
ZİYA MƏMMƏDOVUN İSƏ ARTUR RƏSİZADƏNİ ƏVƏZLƏYƏCƏYİ İDDİA OLUNUR

DİA.AZ: - Hakimiyyətin prezident seçkilərindən sonra ciddi kadr islahatları həyata keçirəcəyilə bağlı xəbər vermişdik. Onu da bildirmişdik ki, redaksiyamıza bu yöndən xeyli sayda maraqlı informasiyalar daxil olub ki, davamlı şəkildə onları da diqqətinizə təqdim edəcəyik.

Məsələn, mənbələrdən birinin DİA.AZ-a ötürdüyü informasiyalardan belə aydın olur ki, prezident seçkilərindən sonra baş nazir postuna iddialılar arasında hələ qəti seçim edilməyib. Bildirək ki, keçən günlərdə Artur Rəsizadəni hazırda iqtisadi inkişaf naziri postunu tutan Şahin Mustafayevin əvəzləyəcəyini bildirmişdik.

Məlumatlı mənbə isə redaksiyamıza bildirir ki, bu posta namizədlər sırasında adı xeyli müddətdir hallandırılan nəqliyyat naziri Ziya Məmmədov heç də ambisiyalarından vaz keçməyib. Xatırladaq ki, onun adı zaman-zaman hətta Prezident Administrasiyasının rəhbəri postuna da iddialılar sırasında hallandırılıb.

Mənbəmiz isə bildirir ki, hazırda «Azəravtoyolservis» ASC-nin prezidenti postunu tutan, millət vəkili Cavid Qurbanovun nəqliyyat naziri vəzifəsinə gətirilməsi üzərində iş gedir: «Təbii ki, bu zaman Ziya Məmmədov da vəzifəsindən alınmalıdır. Amma o da işsiz qalmayacaq».

Mənbəmizə görə, prezident seçkilərindən sonrakı təyinat zamanı Cavid Qurbanov yeni nəqliyyat naziri kimi, Ziya Məmmədov isə baş nazir kimi təsdiqlənəcək.

Geri qayıt