Əsas Səhifə > Partiya > AMİP VAHİD NAMİZƏD TƏKLİFİNİ DƏSTƏKLƏYƏCƏKMİ?
AMİP VAHİD NAMİZƏD TƏKLİFİNİ DƏSTƏKLƏYƏCƏKMİ?5-01-2012, 14:09 |
YUSİF BAĞIRZADƏ HƏLƏ Kİ TƏRƏDDÜD EDİR “AMİP olaraq 2008-ci il seçkilərindən başqa ölkədə keçirilən parlament və prezident seçkilərində namizədliyimizi irəli sürmüşük. Partiya sədri olaraq əlbəttə ki, gələn il keçiriləcək prezident seçkilərində öz namizədliyimi irəli sürəcəm.” Bu sözləri AMİP sədri Yusif Bağırzadə FaktXeber.com-un “2013-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyinizi irəli sürəcəksinizmi” sualını cavablandırarkən söyləyib. O əlavə olaraq bildirdi ki, partiyada bu cür səlahiyyətlər Qurultay tərəfindən təyin olunur. Və yəqin ki, partiyanın növbəti qurultayında namizədli ilə bağlı təklif irəli sürüləcək. Digər müxalifət nümayəndələrinin vahid namizədlə bağlı təkliflərini dəstəkləyəcəklərini söyləyən AMİP rəhbəri, “vahid namizədlə bağlı təklifi ilk dəfə biz irəli sürmüşük. 2010-cu il parlament seçkiləri ərəfəsindən əvvəl biz bəyanat vermişdik ki, 125 dairədə müxalifət düşərgəsi vahid namizədlə çıxış etməlidir. Belə ki, dairədə olan bir namizəd digər namizədlər tərəfindən dəstəklənməli idi. Lakin bu təklif digər siyasi partiyalar tərəfindən qəbul olunmadı”, - deyə qeyd etdi: “Ancaq buna baxmayaraq, əgər ölkənin nüfuzlu müxalifət partiyaları vahid namizədlə seçkilərə getmək istəsələr, biz də müxalifətin birləşməsi naminə bu təklifi dəstəkləyəcəyik. Bunun üçün Gürcüstan modelini Azərbaycana tətbiq etmək mümkündür. Müxalifətin vahid namizədlə seçkilərdə iştirak etməsi, qalib olmaq şansını artıracaq.” Geri qayıt |