Əsas Səhifə > Dünya > TÜRKİYƏDƏ DAHA BİR FACİƏ
TÜRKİYƏDƏ DAHA BİR FACİƏ12-08-2013, 10:11 |
KİMYA ZAVODU PARTLADI, ÖLƏNLƏR VAR Türkiyənin Kocaeli vilayətinin Qartəpə rayonu ərazisində yerləşən kimya zavodunda ötən gecə güclü partlayış baş verib. Trend Türkiyənin "Sabah" qəzetinə istinadən məlumat verir ki, partlayışdan sonra zavodda yanğın başlayıb. Partlayış nəticəsində zavodda bir işçi həlak olub, bir nəfər isə ağır xəsarət alıb. 100 nəfərə yaxın işçi isə zavoddan evakuasiya olunublar. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunublar və bir neçə saata yanğın söndürülüb. Geri qayıt |