Əsas Səhifə > Güney Press, Üçüncü sektor > İCRA BAŞÇISI NƏSİMİ RAYONUNA QƏNİM GƏLİB

İCRA BAŞÇISI NƏSİMİ RAYONUNA QƏNİM GƏLİB


12-08-2013, 10:17
İCRA BAŞÇISI NƏSİMİ RAYONUNA QƏNİM GƏLİB
Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Nəsib Məhəməliyev müxtəlif KİV-lərə fəaliyyətinin tam şəffaf olması ilə bağlı açıqlama versə də, onun işindən narazı olanların sayı minlərlədir. Heç uzağa getmək lazım deyil. Onun icra başçısı olduğu rayonun sakinləri yaşıllıqların qırılmasından, torpaqların qanunsuz olaraq satılmasından, o cümlədən üzləşdikləri məmur özbaşınalıqlarından şikayət edirlər.
Özümüz də şahidiyik ki, icra hakiminin qanunsuz torpaq satışı və digər qaranlıq əməlləri ilə bağlı mətbuatda dəfələrlə Nəsimi sakinlərinin müraciəti dərc olunub. Vətəndaşların müxtəlif dövlət qurumlarına şikayət etməsinə rəğmən, adıçəkilən məmur Nəsimi rayonunda qanunsuz torpaq satışını davam etdirməkdədir. Apardığımız müşahidələr göstərdi ki, hazırda rayonun əksər hissələrində ağaclara qarşı amansız mövqe nümayiş olunur ki, bu işin də başında məhz icra başçısı dayanır. Onun qanunsuz fəaliyyəti və vəzifəsinə yetərincə məsuliyyət göstərməməsi nəticəsində hazırda 3-cü mikrorayan dairəsi yaxınlığında, daha dəqiq desək, Memar Əcəmi metrostansiyasının yaxınlığında, eləcə də digər qəsəbələrdə ağaclarla dolu olan sahələr hasara alınaraq müxtəlif iş adamlarına satılmaqdadır. Etibarlı mənbələrdən əldə etdiyimiz bilgilərə görə, yaşıllıq sahələrinin səhralaşdırılması mexanizmi isə çox sadədir: «Belə ki, ağacları gecə saatlarında kəsib ertəsi gün yerində obyektin təməlini qoyurlar. Rayonun biznes üçün uyğun olan ərazilərində bir sot torpağın qiyməti 30-40 min manat arasında dəyişir. İcra başçısı torpaqları qarış-qarış sataraq özünə sərvət yığır». Bizə çatan məlumatda bildirilir ki, Nəsib Məhəməliyev Nəsimi ərazisindəki torpaqları qardaşı Yusif Məhəməliyevin vasitəsi ilə satır. Rayon sakinləri ağacların məhv edilməsinə etiraz olaraq başçıdan yuxarılara çoxsaylı şikayətlər etsələr də, icra hakimi bu əməllərinə son qoymaq niyyətində deyil. Ancaq biz belə hesab edirik ki, aidiyyəti qurumlar icra başçısının imza atdığı qanunsuzluqlarla bağlı ölçü götürüb, ona layiq olduğunu cəzanı verəcəklər. Növbəti saylarımızda rayon ərazisində həyata keçirilən «yaşıl soyqırım», qanunsuz tikililər, başçının torpaq biznesindən əldə etdiyi gəlirlər və sahib olduğuəmlak haqqında geniş yazı dərc edəcəyik. Bizi izləyin!
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt