Əsas Səhifə > Siyasət, Manşet > İQTİDAR ŞOK KADR İSLAHATINA GETMƏLİ OLUR
İQTİDAR ŞOK KADR İSLAHATINA GETMƏLİ OLUR12-08-2013, 10:26 |
PREZİDENT SEÇKİLƏRİ ƏRƏFƏSİNDƏ VƏZİYYƏTİN DÜZƏLDİLMƏSİNƏ ÇALIŞILIR DİA.AZ: - «Hakimiyyət seçkilər öncəsi təcili kadr islahatları həyata keçirəcək». Bu ilginc məlumatı DİA.AZ-a hökumət içindəki mötəbər mənbə ötürüb. Qaynaq iddia edir ki, seçkilərlə bağlı yaranmış situasiya dəyişikliyi iqtidar düşərgəsində bir sıra təmizləmələri zərurətə çevirib. Mənbənin söylədikləri: «Məlumdur ki, hakimiyyət daxilində müəyyən qüvvələr var ki, hələ də köhnə üsul-idarəçiliyin qorunması üçün çalışırlar. Onlar ikiəlli şəkildə kürsülərindən yapışıb, komanda yeniləşməsini hər vəchlə önləyirlər. Kimdir onlar? Bu, həmin heyətdir ki, 65 yaş senzinə əlahiddə qərar çıxararaq özlərini qorumağa müvəffəq oldular. Hər halda, bu qərar təkcə Artur Rəsizadənin baş nazir postunda saxlanılması üçün düşünülməmişdi». Mənbəmiz iddia edir ki, konkret olaraq kimlərin vəzifələrindən alınacağı bəlli olmasa da, iki mühüm postda zəruri dəyişikliyin baş verəcəyi qaçılmazdır: «Bu, həm də iqtidarın seçkilər ərəfəsi toparlanması kimi də qəbul oluna bilər. Çünki bu gün hakimiyyətin ayrı-ayrı nüfuzlu simalarının yetərincə özfəaliyyətə baş vurması faktı mövcuddur. Gözlənilən dəyişiklik də ümumiqtidar xorunda solo həvəsinə düşənləri hədəfə alacaq». Portalımızı diqqətlə izləyin, yaxın saatlarda vəzifəsindən alınacaq məmurların tərkibini açıqlayacağıq. Geri qayıt |