Əsas Səhifə > Güney Press, Üçüncü sektor > «POLİQON» HAKERLƏRİN HƏDƏFİNDƏ

«POLİQON» HAKERLƏRİN HƏDƏFİNDƏ


12-08-2013, 10:32
«POLİQON» HAKERLƏRİN HƏDƏFİNDƏ
PİA.AZ FƏALİYYƏTİNƏ ARA VERMƏLİ OLUB

DİA.AZ: - Haker hücumları artıq yerli Azərbaycan portallarının kabusuna çevrilib. «Poliqon» İnformasiya Agentliyinə (pia.az) son iki gündə ediln hücumlar da bu bəlanın hələ də aktuallığından xəbər verməkdədir.

Bununla bağlı DİA.AZ-a açıqlama verən «Poliqon»un baş redaktoru Azər Qaramanlı bildirdi ki, portallarında həyata keçirdikləri yenilənmələrdən sonra serverlərini belə dəyişmək zorunda qaldılar: «Amma yenə də ürəyimizcə olan fəaliyyəti qura bilmirik. Davamlı şəkildə hücumlar edilir. Və son iki gündə hücumlar daha da şiddətlənib».

Bu səbəbdən oxucularının anlaqlı qəbul etməsini istəyən Azər Qaramanlı bildirdi ki, qısa müddətə problemi çözməyə çalışacaqlar.

Geri qayıt