Əsas Səhifə > Güney Press, Araşdırma > GÖYTƏPƏ POSTUNDA İNSPEKTOR FİRONLUĞU
GÖYTƏPƏ POSTUNDA İNSPEKTOR FİRONLUĞU12-08-2013, 10:38 |
"QANUN BİZİM ƏLİMİZDƏDİR" Bolgexeber.com xəbər verir ki, yollarda Baş DYPİ -nin bəzi əməkdaşları öz qanunsuz əməllərini davam etdirir və etdikləri özbaşnalığa hətta haqq da qazandırırlar.Məsələn,Ələt-Astara magistral yolunda yerləşən Göytəpə postundan keçən sürücülər redaksiyaya göndərdikləri çoxsaylı şikayət məktublarında həmin postda xidmət edən baş inspektor İdman Abdullayevin qanunsuz əməllərindən cana doyduqlarını bildirirlər.Şikayət məktublarında qeyd olunur ki,həmin postun yerləşdiyi yolun kənarında radar qoyulub və həmin radara düşən maşınların sürücüləri DYP əməkdaşları tərəfindən saxlanıldıqda onlar qanuna müvafiq olaraq cərimələnmək əvəzinə, onların etdiyi qanun pozuntusuna göz yumulması üçün baş inspektor İdman Abdullayev ilk növbədə onlardan “şirinlik” istəyir.Yalnız istənilən məbləği-şirinliyi verməkdən imtina edən sürücülər cərimələnir,qalanları isə cəzasız buraxılır.Üstəlik şirinlik verməkdən boyun qaçırıan qanuna riayət edən sürücülər yarım saatacan postda qanunsuz olaraq boş yerə saxlanılır və yalnız sonra ,cərimə haqda protokol tərtib olunan sənəd onlara təqdim olunur.Bu özbaşnalığa etiraz edən sürücülərə isə baş inspektor İdman Abdullayev açıqca ”Qanun bizim əlimizdədir.Buna görə də nə istəyirik edirik.Həm də biz də yuxarıya haqq veririk”,-deyir. Redaksiyamıza müraciət edən Yardımlı rayon sakini, 65 yaşlı Əbilova Kiçikxanım bildirib ki, onun nda olduğu avtomobil İdman Abdullayev tərəfindən saxlanılıb və sürücü cərimələnib.Ancaq vətəndaşın dediyinə görə cəriməni ödədikdən sonra belə baş inspektor onları bilərəkdən sərbəst buraxmayıb, rüşvət vermədiylərinə görə onlar yarım saatdan çox boş yerə postda qalıblar.Qeyd edək ki,Bolgexeber.com baş inspektor İdman Abdullayev haqdqa ilginc məlumatlar əldə edib.Belə ki,bu məlumatların birində bildirilir ki,onun oğlunun adı hərbi xidmətdə getsə də o “avtoşluq” edir.Bundan başqa baş inspektorun bahalı maşınlardan ibarət kolleksiyası var.Yaxın zamanlarda biz bu məlumatların hamısını özündə əks etdirən yazını oxuculara təqdim edəcəyik.Biz inanırıq ki,baş inspektorun yolda yığdığı puldan nə Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubovun,nə də DİN Baş DYP İdarəsinin rəisi polis general – mayoru Ramiz Zeynalovun xəbəri yoxdur və buna görə də ümid edirik cənab nazir və rəis məsələ ilə bağlı ölçü götürüb qanunu pozan məmuru cəzalandıracaq. Geri qayıt |