Əsas Səhifə > Sosial, Manşet > AZƏRBAYCANLI İCRA BAŞÇISINI OTELDƏ TALADILAR
AZƏRBAYCANLI İCRA BAŞÇISINI OTELDƏ TALADILAR12-08-2013, 10:54 |
QARAÇILARIN SOYDUĞU BAŞÇININ ƏŞYALARI ÖZÜNƏ QAYTARILSA DA… DİA.AZ: - Bir neçə gün əvvəl belə bir məlumat yayıldı ki, prezident seçkilərilə əlaqədar məmurların və deputatların əksəriyyətinə, həmçinin bütün icra başçılarına istirahət etmələri qadağan olunub. Yəni tətilə çıxmaları. Onlara bildirilib ki, seçkilərlə bağlı yerlərdə iş aparmalıdırlar. Amma deyəsən, bu təlimat heç də hamıya aid deyilmiş. Bu barədə DİA.AZ-a məlumatı verən bilgili qaynaq iddia edir ki, şimal rayonlarından birinin icra başçısı bu günlərdə Çexiyada olub və hətta orada başına macəra da gəlib. Bəri başdan bildiririk ki, həmin icra başçısının tam kimliyi redaksiyamıza məlumdur. Sadəcə olaraq hadisəni dəqiqləşdirmə imkanlarımızın məhdudluğu onun kimliyi barədə əlavə bilgiləri özümüzdə saclamağı zəruri edib. Mənbənin söylədikləri: «Həmin icra başçısı bir həftəlik müddətə yaxınları ilə birgə Praqadakı ən bahalı otellərin birində qalıb. Lakin bu zaman həmin oteldə oğurluq hadisəsi baş verib və oteldə qalan bir neçə turistin əşyaları oğurlanıb». Mənbəmiz bildirir ki, əşyası oğurlananlar arasında azərbaycanlı icra başçısı da olub: «Onun otağından qızıl əşyaları və təxminən 10 min avroya yaxın pul götürülüb. Hadisədən iki gün sonra Praqa polisi oğruları yaxalayıb. Və icra başçısından üzr istənilərək, onun əşyalarının müəyyən hissəsi özünə qaytarılıb. Oğrular isə Rumıniyadan köçmə qaraçılar olub». Məlumata görə, icra başçısına əşyalarının yerdə qalan hissəsinin və pulun müəyyən hissəsinin də qaytarılacağı vəd olunub. Bizə isə «keçmiş olsun» demək düşür… Geri qayıt |