Əsas Səhifə > Güney Press, Araşdırma > ARDNŞ-LƏ QƏRB ŞİRKƏTİ ARASINDA QALMAQAL

ARDNŞ-LƏ QƏRB ŞİRKƏTİ ARASINDA QALMAQAL


12-08-2013, 10:59
ARDNŞ-LƏ QƏRB ŞİRKƏTİ ARASINDA QALMAQAL
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Qərb şirkətlərindən biri arasında konflikt yaranıb. Bu barədə qəzetimizə daxil olan məlumatda bildirilir ki, həmin şirkət Neft Daşlarında quyular qazır. Məlumatda deyilir ki, konfliktə səbəb qazma prosesi zamanı elektrik enerjisinin kəsilməsi olub.

Bir müddət elektrik enerjisi olmayıb. Bu isə şirkətin işində ciddi fəsadlar yaradıb. Qərb şirkəti bütün bunlara görə, ARDNŞ-i məsuliyyətsizlikdə suçlayıb. “Həmin şirkət ARDNŞ-i ittiham etməkdə haqlıdır. Neft Daşlarını elektrik enerjisi ilə məhz ARDNŞ təmin edir. Enerjinin kəsilməsi hansısa qəza üzündən də ola bilər. Bu başadüşüləndir. Halbuki Neft Daşlarının enerji təchizatı həmişə diqqətdə saxlanılmalıdır ki, qəza riski minimuma endirilsin. Lakin yenə də bunu bir kənara qoyaq. Bəs nə üçün enerjinin bərpası üçün vaxtında tədbir görülməyib? Bu artıq məsuliyyətsizlikdir. Orada faciə də baş verə bilərdi. Qərb şirkətinin rəhbərliyini hiddətləndirən də elə bu olub”, - deyə mənbə bildirib.

Geri qayıt