Əsas Səhifə > Gündəm, Manşet > DAHA BİR BAŞ REDAKTOR HƏBS OLUNACAQ
DAHA BİR BAŞ REDAKTOR HƏBS OLUNACAQ5-01-2012, 16:04 |
HAKİMİYYƏT MƏTBUATA QARŞI SİYASƏTİNİ SƏRTLƏŞDİRİR DİA.AZ: - 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə prezident tərəfindən imzalanan əfv fərmanı ümidləri və proqnozları doğrultmadı. 3 siyasi məhbusun azadlığı ilə müşaiyət olunan fərmandan gözləntilər tamam başqa idi. Ən azından 2 aprel məhbuslarının həmin fərmanla azad ediləcəyi haqda qənaətlər güclü idi. Lakin hakimiyyət yenə də proqnozlaşdırılmayan addımı ilə diqqətə gəldi. Yenə də ənənəvi şəkildə öz istədiyini həyata keçirdi. Bütün ehtimalları alt-üst etdi. Necə ki, 2010-cu ilin parlament seçkilərində müxalifətin namizədləri Milli Məclisdən kənarda tutuldu və bu addım total xarakter daşıdı, eləcə də, son əfv fərmanı ilə YAP iqtidarı bütün gözləntilərini darmadağın edərək öz üsulunun, öz yanaşmasının olduğunu nümayiş etdirdi. Və bir daha bəyan etdi ki, kimlərinsə ehtimalları yox, məhz hakimiyyətin öz prinsipləri prioritetdir. Belə bir ərəfədə hakimiyyətin daha sərt davranacağı barədə məlumatlar əldə etmişik. Hökumət içindəki qaynaqların redaksiyamıza ötürdüyü informasiyadan belə aydın olur ki, hakim düşərgə müxalif və müstəqil mətbuatla münasibətləri daha da gərginləşdirəcək addımların tədarükündədir. Mənbənin söylədikləri: «Bu il hakimiyyət mətbu müstəvidə bütün «problemlərini» köklü surətdə həll etməyi düşünür. Dünənə qədər»nazını çəkdiyi» qəzetlərlə də birdəfəlik həqq-hesab çəkəcək. Odur ki, kimlərinsə «Əvəz Zeynallı azadlığa buraxılacaq» kimi açıqlamaları həqiqətə uyğun deyil. Əksinə, Əvəz Zeynallıya məhbəs yoldaşı göndəriləcək». Mötəbər mənbələrin bilgisinə görə, artıq bu istiqamət üzərə iş gedir və baş redaktorlardan birinin həbsi planlaşdırılır: «Həmin baş redaktorun kimliyini təxmin etmək asandır. Amma qəti qərar verilməyib». Onu da bildirək ki, hal-hazırda «Gündəm Xəbər» qəzetinin rəhbəri Şirin Cəfəriyə qarşı qanunsuz vergidən yayınma ittihamları ilə cinayət işi qaldırılıb. Və ehtimal olunanlardan biri də onunla bağlıdır. Geri qayıt |