Əsas Səhifə > Sosial, Manşet > MİKAYIL CABBAROVA MƏRDANOVDAN QALMA BAŞAĞRISI

MİKAYIL CABBAROVA MƏRDANOVDAN QALMA BAŞAĞRISI


12-08-2013, 12:32
MİKAYIL CABBAROVA MƏRDANOVDAN QALMA BAŞAĞRISI
TƏRTƏR TƏHSİL ŞÖBƏSİ MİSİR MƏRDANOV ƏNƏNƏLƏRİNƏ NƏDƏN SADİQDİR?

DİA.AZ: - Tərtər rayonunda təhsilin səviyyəsi bərbah həddədir. Vəziyyət o yerdədir ki, artıq rayonun orta məktəblərində təhsil alan uşaqların bir çoxlarının ali məktəblərə daxil olması bir neçə ildir mümkünləşmir.

DİA.AZ-a verilən məlumata görə, rayon təhsil şöbəsinin müdiri Aydın Qarayevin məsələdən xəbərdar olması da heç nəyi dəyişmir. Çünki onu uşaqların gələcəyindən daha çox, cibinin pulu maraqlandırır.

Rayon Təhsil Şöbəsinin müdiri Aydın Qarayevin özbaşınalıqları barədə xəbərlər yayılıb. Rayonda təhsilin durumu ilə bağlı şikayət edənlər bildirirlər ki, hələ bir neçə il bundan öncə Bakının Nizami Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləmiş Aydın müəllim artıq o zaman özünün maliyyə maxinasiyaları ilə diqqəti cəlb edib. Lakin o, vəziyyətdən çıxmaq üçün çıxış yolları da tapıb.

Rayondakı mənbələr bildirirlər ki, RTŞ müdiri rayonun təhsil sahəsinin inkişafı üçün ayrılmış dövlət vəsaitlərinin təyinatı üzrə xərclənməsini təmin etmir: “Şöbə müdiri həmin vəsaitlər hesabına təhsili dirçəltmək əvəzinə, daha da bərbad günə salıb. Cəmilli, Umudlu, Qarağacı, 2 saylı Sarıcalı kənd orta məktəbində demək olar ki, təhsil verilmir. Bu məktəblərin direktorları şöbə müdirinə yaxın insanlardır. Onların içərisində hətta ali təhsili olmayan şəxs də var. Əlaqədar qurumlar şöbənin fəaliyyətini diqqətlə araşdırsalar, daha çox maliyyə maxinasiyalarını və digər qanun pozuntularını aşkar edə bilərlər”.

Bundan başqa, Aydın müəllim məktəblərinə yeni invertarlrın alnması adı altında küllü miqdarda vəsaitləri mənimsəyir. «Hətta rayon məktəblərinə çatması vacib olan dizel yanacağının alınması üçün ayrlan vəsait belə mənimsənilir».

Mənbənin sözlərinə görə heç bir şeydən çəkinməyən Təhsil şöbəsinin müdiri hətta rayon məktəblərinə ayrılan dərslikləri belə rayon bazarına çıxarıb satdırır. «Artıq ardıcıl olaraq 6-cı ildir ki, məzunlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanlarda uğur qazana bilmirlər. Orta məktəbi bitirən şagirdlərin az hissəsi tələbə adını qazanır. Rayon üzrə şagirdlərin dərslərə davamiyyəti xeyli aşağıdır. Müəllimlərin bəzisi repetitorluq etdiyi üçün məktəbdə uşaqları öyrətmək istəmirlər, dərsə gəlmirlər. Direktorlar həmin müəllimlərdən rüşvət alaraq onların məktəbdən yayınmalarına göz yumurlar».

Geri qayıt